Smirnov rododendronu
Smirnov rododendronu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Smirnov rododendronu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Smirnov rododendronu (lat. Rhododendron smirnowii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Təbii yayılması
Qafqaz və Türkiyədə yayılmışdır.Meşələrdə, dağ yamaclarında dəniz səviyyəsindən 700-2500 m hündürlükdə bitir.
Botaniki təsviri
Hündürlüyü 1-6 m, qoca budaqları boz qabıqlı olan həmişəyaşıl koldur. Cavan zoğları ağ keçəli sıx tüklərlə örtülmüşdür, ancaq yaşlaşdıqca çılpaq olurlar. Yarpaqları uzunsov-ellipsvarı, uzunluğu 6-15 sm, eni 2-3 sm, ucu küt, bünövrəsi ensiz, kənarı az burulmuş, açıldıqda yarpaqları ağ keçə ilə sıx örtülmüş, sonradan çılpaqlaşıb, üstü parlaq yaşıl, qonur olur. Yarpaqların üzərində 10 cüt damarcıq vardır. Saplaqların uzunluğu 1,0-2,5 sm-dir. Çiçəkləri 10-14 ədəd, diametri 12-15 sm olan möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacı al-qırmızı, çəhrayı, diametri 4-6 sm, enli-qıfvarıdan zəngçiçəkliyə qədər dəyişir, kənarları dalğalı, çılpaqdır. Çiçək saplağının uzunluğu 2,8-3,5 mm olan yumru hissələrdən ibarətdir. Erkəkcikləri 10 ədəd, saplaqları bünövrənin 1/3 hissəsi qədər sıx tükcüklükdür. Yumurtalığı ağ keçə ilə sıx örtülmüşdür.Sütuncuğu çılpaqdır.
Ekologiyası
Qışadavamlıdır. Smirnov rododendronu əsasında bir sıra qışadavamlı sortlar alınmışdır.Hər il çiçəkliyir və keyfiyyətli toxumlar verir.
Azərbaycanda yayılması
Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.Şimal zonalarında mədəni şəraitdə becərilir.
İstifadəsi
Qışadavamlı olduğu üçün yaşıllaşdırmada geniş istifadə edilir.