Soltan Migitinov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Soltan Migitinov
Soltan Migitinov 2012-ci ildə
Soltan Migitinov 2012-ci ildə
Şəxsi məlumatlar
Tam adı Soltan Kamilyeviç Migitinov
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi 17 sentyabr 1988(1988-09-17) (35 yaş)
Boyu 175 sm.
İdman növü Boks

Soltan Migitinov (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən boksçu.[1]

Karyerası

Soltan Migitinov WSB nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu və 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] 75 Kq. turnirində çıxış edən Soltan Migitinov iyulun 28-də olimpiadanın təsnifat mərhələsində Misir nümayədəsi Məhəmməd Hilal ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Soltan Migitinov rəqibi üzərində 20:12 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının bürünc medalçısı Braziliya nümayədəsi Esiva Falcao oldu.[2] Avqustun 2-də baş tutan həmin görüşdə Soltan Migitinov rəqibinə 11:24 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.[2]

2013-cü ildə isə Soltan Migitinov Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[3] Soltan Migitinov turnirin 1/16 final mərhələsində Yamayka nümayəndəsi Conatan Hanson üzərində qələbə qazansa da, növbəti mərhələdə Qazaxıstan nümayəndəsi Canibəy Alimxanuluya məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[3]

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Azərbaycan Azərbaycan
1
2012
Olimpiya Oyunları Böyük Britaniya Birləşmiş Krallıq
PAT
2
2013
Dünya Çempionatı Qazaxıstan Qazaxıstan
PAT

İstinadlar

  1. Olympedia.org. "Soltan MİGİTİNOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 Olympedia.org. "2012 Summer Olympics / Boxing / Middleweight (75 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2013 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.