Soltan Migitinov (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən boksçu.[1]
Soltan Migitinov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Soltan Kamilyeviç Migitinov |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | 17 sentyabr 1988 (36 yaş) |
Boyu | 175 sm. |
İdman növü | Boks |
Vikianbarda əlaqəli mediafayllar |
Soltan Migitinov WSB nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu və 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] 75 Kq. turnirində çıxış edən Soltan Migitinov iyulun 28-də olimpiadanın təsnifat mərhələsində Misir nümayədəsi Məhəmməd Hilal ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Soltan Migitinov rəqibi üzərində 20:12 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının bürünc medalçısı Braziliya nümayədəsi Esiva Falcao oldu.[2] Avqustun 2-də baş tutan həmin görüşdə Soltan Migitinov rəqibinə 11:24 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.[2]
2013-cü ildə isə Soltan Migitinov Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[3] Soltan Migitinov turnirin 1/16 final mərhələsində Yamayka nümayəndəsi Conatan Hanson üzərində qələbə qazansa da, növbəti mərhələdə Qazaxıstan nümayəndəsi Canibəy Alimxanuluya məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[3]
Olimpiya Oyunları | Birləşmiş Krallıq | |||
Dünya Çempionatı | Qazaxıstan |