Sonya Başiç

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sonya Başiç
Ümumi məlumatlar
Tam adı Sonya Başiç
Doğum tarixi (36 yaş)
Doğum yeri Zaqreb, Xorvatiya
Vətəndaşlığı Xorvatiya Xorvatiya
Boyu 182 sm. (5 ft 11 in) m
Mövqeyi back[d]

Sonya Başiç (d. 26 noyabr 1987; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu.[1]

Karyerası

Sonya Başiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.

Ailəsi

Sonya Başiçin atası həndbolçu, 1984 Los-Anceles Olimpiadasının qızıl, 1988 Seul Olimpiadasının isə bürünc medalçısı Mirqo Başiçdir.

Həmçinin bax

İstinadlar

  1. "Sonya Başiçin tərcümeyi-halı  (ing.)". www.sports-reference.com. 15 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2019-cu il.