Sukkulent

Vikipediya saytından
(Sukkulentlər səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Sukkulent (lat. succulentus — "şirəli") — quraqlıq sahələrdə bitən və gövdəsində topladığı su hesabına həyat fəaliyyəti üçün əlverişli olmayan quraqlıq dövrü keçirən bitki.[1]

Ətli, şirəli yarpaqlı (aqava, aloye və s.) və ya gövdəli (kaktus, bəzi südləyənlər) çoxillik bitkilər, kserofitlərin xüsusi tipi. Sukkulent əsasən Şimali Amerikada, Mərkəzi Amerikada və Cənubi Amerikada, Cənubi Afrikada səhra, yarımsəhrasavannalarda bitirlər. Sukkulentlər işıqsevən, gecböyüyən bitkilərdir. Sukkulentlərin bəzisi (kaktus, aloye) dekorativ bitki, aqava isə toxuculuq sənayesi üçün xammal verən bitki kimi becərilir. Bəzi növləri Krımda, Mərkəzi Asiyada, Azərbaycanda introduksiya edilir.[2]

İstinadlar

  1. O.Osmanov, B.Abdullayev. Məktəblilərin izahlı coğrafiya lüğəti. Bakı: 1979
  2. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət. Bakı: 2008

Həmçinin bax

Xarici keçidlər