Tənzilə Zumakulova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tənzilə Zumakulova
Doğum tarixi 18 iyul 1934(1934-07-18) (89 yaş)
Doğum yeri
Fəaliyyəti şairə, yazıçı
Partiyası
Üzvlüyü

Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü.

Bioqrafiyası

1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir.

1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur.

1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.

1957-ci ildən ölkənin ictimai həyatında iştirak etmişdir. 1989-cu ildə SSRİ xalq deputatı seçilir. SSRİ Yazıçılar İttifaqının Təftiş Komissiyasının üzvü, RSFSR Yİ-nın idarə heyətinin üzvü seçilmişdir. O, Kabardin-Balkar Respublikası Yİ İdarə Heyətinin Rəyasət Heyətinin üzvü və Beynəlxalq Yazıçılar Birlikləri İttifaqının icraiyyə komitəsinin üzvüdür.

1961-ci ildə SSRİ Yİ-na qəbul olunmuşdur. 1968-ci ildə Moskvada Ali Ədəbiyyat Kursunu bitirmişdir.

Yaradıcılığı

1959-cu ildə “Kayada Güllə” (“Qayada çiçəklər”) adlı ilk şeirlər toplusu çapdan çıxır.

Yaradıcılıq haqqında rəylər

S. Baruzdin yazırdı - “Onun yaradıcılığı, istedadının dərəcəsinə, düşüncələrinin və poetik kəşflərinin dərinliyinə görə nəinki balkar, həm də çoxmillətli poeziya hüdudlarını çoxdan aşıb. Bu isə dünya poeziyasının fəxri olan A.Tvardovski, M. Kərim, Y. Smelyakov, P. Brovka, D. Kuqultinov, A. Keşokov, Zülfiyyə və başqa şairlərin səviyyəsidir”[1][2].

Mükafatları

Kabardin-Balkar MSSR xalq şairəsi (1982);

M .Qorki adına RSFSR Dövlət Mükafatı (1977) - “Sokrovennost” şeirlər toplusuna görə;

Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Mükafatı (1970) - "Dağların sərinliyi" (1967) və "Çıraq" (1969) kitablarına görə;

Nalçik şəhərinin fəxri vətəndaşı[3].

Ailəsi

Mustafa Başçıyeviç Zumakulov (1898 - 1963) - atası, partiya lideri;

Boris Mustafayeviç Zumakulov (1940) - qardaşı, sovet, rus partiya və dövlət xadimi

İstinadlar

  1. Баруздин С. Заметки о творчестве Танзили Зумакуловой. /В кн.: Танзиля Зумакулова: поэзия сокровенных чувств: Слово о Танзиле.. — Посвящение., 2010.
  2. Атабиева, Асият Даутовна. Лирика Т. Зумакуловой :Традиции и новаторство. — 2002-01-01.
  3. "Почётные граждане города Нальчика". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.