Elbrus rayonu (kab.-çərk. Эльбрус куей, qaraç.-balk. Эльбрус район[2]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Tırnıauz şəhəridir.
Elbrus rayonu | |
---|---|
43°24′ şm. e. 42°55′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Tırnıauz |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1935 |
Sahəsi |
|
Hündürlük | 5.642 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86638 |
Vikianbarda əlaqəli mediafayllar |
Elbrus rayonu Kabarda-Balkariya Respublikasının cənub-qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Zolski rayonu, şimalda Baksan rayonu, şərqdə Çeqem rayonu, cənubda Gürcüstan. Rayonun sahəsi 1850,40 km²-dir. Rayonun relyefi dağlıqdır. Rayon torpaqları yüksək dağlıq zonada, insanların yaşaması üçün əlverişsiz ərazidə yerləşir. Rayon ərazisindən müxtəlif silsilələr və dağ massivləri bir-birinə paralel olaraq keçir. Rayonda Rusiyanın ən yüksək nöqtəsi olan Elbrus dağı yerləşir.
Rayon 28 yanvar 1935-ci ildə Kabarda-Balkariya vilayət İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 92 nömrəli qərarına əsasən Balkar rayonunun Qundelen, Laşkutinski, Bılımsi, Nijne-Baksan, Verxne-Baksan və Elbrus kənd sovetliklərindən təşkil edilir yaradıldı.
20 aprel 1937-ci ildə Verxne-Baksan kənd sovetindən Çalmas kənd sovetliyi ayrılır (Verxni Kıldı kəndi, Nijni Kıldı, Kamış, Teqereq-Tala, Verxni Çalmas, Nijni Çalmas, Orta Çalmas).
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 8 APREL 1444-cü il tarixli fərmanı ilə balkar xalqının Orta Asiyaya sürgün edilməsi ilə əlaqədar olaraq Elbrus rayonunun cənub hissəsi Gürcüstan SSR-nin Yuxarı Svanet rayonuna verildi.
1944 və 1947-ci illərdə bir sıra yaşayış məntəqələri Baksan rayonundan Elbrus rayonuna verilir.
1957-ci ildə əvvəllər Gürcüstan SSR-nin Yuxarı Svaneti rayonuna verilmiş torpaqlar yenidən Kabarda-Balkariya MSSR-a qaytarıldı.
Elbrus rayonu Kabarda-Balkariya MSSR Ali Şurası Rəyasət Heyətinin 20 dekabr 1962-ci il tarixli qərarı əsasında ləğv edildi. Ləğv edilmiş rayonun şimal hissəsi Baksan rayonuna verildi, qalan hissəsi isə Tırnıauz şəhər şurası qatılır.
Kabarda-Balkariya Parlamentinin 5 may 1994-cü il tarixli qərarı ilə ləğv edilmiş Tırnıauz şəhər şurasının ərazisində Elbrus rayonu təşkil olunur. Daha sonra Baksan rayonundan yeni yaranan Elbrus rayonua Bedik, Kyöndelen və Laşkuta kəndləri birləşdirilir.
Şəhər şəraitində (Tırnıauz ş.) rayon əhalisinin 57.24 % yaşayır.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
balkarlar | 25 196 | 69,49 % |
ruslar | 5 237 | 14,44 % |
kabardinlər | 3 501 | 9,65 % |
digərləri | 2 215 | 6,11 % |
milliyyətini bildirməyənlər | 111 | 0,31 % |
ümumi | 36 260 | 100,0 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 3 525 | 3 407 | 6 932 | 19,12 % |
15 — 59 yaş | 11 339 | 13 310 | 24 649 | 67,98 % |
60 yaşdan yuxarı | 1 818 | 2 861 | 4 679 | 12,90 % |
ümumi | 16 682 | 19 578 | 36 260 | 100,0 % |
Kişilər — 16 682 nəf. (46,0 %). Qadınlar — 19 578 nəf. (54,0 %).
Əhalinin orta yaşı — 35,5 yaş. Kişilərin orta yaşı — 34,0 yaş. Qadınların orta yaşı — 36,9 yaş.