Takaçiho dərəsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Takaçiho dərəsi
高千穂峡
Yerləşməsi
32°42′02″ şm. e. 131°18′02″ ş. u.
Ölkə
Takaçiho dərəsi xəritədə
Takaçiho dərəsi
Takaçiho dərəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Takaçiho dərəsi (高千穂峡?)Yaponiyanın Miyazaki prefekturasının şimal-qərbində, Takaçiho qəsəbəsi yaxınlığında yerləşən V-şəkilli dərə. Gözəl təbiətinə görə turistlərin diqqətini çəkir.[1]

Dərə 100.000 il əvvəl Aso dağının püskürməsi nəticəsində yaranıb.[2] Dərənin ortasında Qokase çayı axır.[1] Dərənin divarları lava sütunlarından ibarətdir. Ən dar yeri 3 metr, ən hündür 100 metr təşkil edir. Dərədə Manay şəlaləsi (17 metr) tökülür.[3]

Dərənin 600 metr uzunluğunda gəzinti cığırı var. Cığır Yapon azaliyası, sakura, visteriya kimi güllərlə bəzədilib.[1]

Takaçiho dərəsi 10 noyabr 1934-cü ildə Milli Mənzərə və Təbiət Abidəsi elan edilmişdir.[4]

Qalereya

İstinadlar

  1. 1 2 3 "Waterfalls cascading from precipitous cliffs. A village of myths, known for Yokagura, traditional sacred music, and dancing". JNTO (ingiliscə). 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2018.
  2. "Takachiho Gorge 高千穂峡". Japan Visitor (ingiliscə). 2020-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2018.
  3. "Takachiho Gorge". Zekkei Japan (ingiliscə). 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2018.
  4. "Tourist Attractions". Takachiho Tourist Association (ingiliscə). İstifadə tarixi: 12 mart 2018.

Xarici keçidlər