Tapajos çayı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tapajós çayı
Ölkə  Braziliya
Mənsəbi Amazon çayı
Uzunluğu 2200 km
Su sərfi 13.000 m³/s
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 487000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Таpajos[1] (port. Tapajós) — Cənubi Amerika (Braziliya) ərazisindən axan iri çaylardan biri. Amazon çayının sol qolunu təşkil edir[2][3] və ona Santaren şəhəri yaxınlığında tökülür. Çay Telis-PirisJurunea çayının birləşməsindən əmələ gəlir. Serra-dus-Parensis yüksəklikləri arasından axaraq Braziliya öndağlığına keçərək Amazon düzənliyinə keçir. Bu hissədə çayın eni 15 kilometrə qədər artır. Uzunluğu 2200 km; sahəsinin hövzəsi 487 000 km² təşkil edir.

Çay əsasən yağış suları ilə qidalanır. Noyabr-mart ayları gursululuq dövrüdür. Bu zaman səviyyə 7–8 m artır. 15 min su sərfiyyatına malikdir. Əsas qolu Jamanşin çayıdır.

Amazonas və Para ştatları ərazisindən axır. Sahilində İtaytuba, San-Martinyo, Santaren, Aveyru şəhərləri yerləşir. San-Luis şəhərinə qədər gəmiçilik üçün yararlıdır. Ən iri limanı Santarendir.

Sahilində Amazoniya milli parkı yerləşir. Çayın sahilində Cənubi Amerikanın əlçatmazlıq qütbü yerləşir.

İstinadlar

  1. Ziesler, R.; Ardizzone, G.D. Amazon River System // The Inland waters of Latin America. Food and Agriculture Organization of the United Nations. 1979. ISBN 92-5-000780-9. 21 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 August 2016. (#invalid_param_val)
  2. Duncan, W.P.; and Fernandes, M.N. (2010). Physicochemical characterization of the white, black, and clearwater rivers of the Amazon Basin and its implications on the distribution of freshwater stingrays (Chondrichthyes, Potamotrygonidae). PanamJAS 5(3): 454-464.
  3. Giovanetti, T.A.; and Vriends, M.M. (1991). Discus Fish, p. 15. Barron's Educational Serie. ISBN 0-8120-4669-2