Amazonas

Amazonas (port. Amazonas) — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimaldan Rorayma ştatı və Venesuela ilə sərhədlənir. Şərqdən Para, cənubdan AkriRondoniya ştatları, qərbdən Peru, Kolumbiya ilə sərhədə malikdir. Ştatın inzibati mərkəzi Manaus şəhridir.

Amazonas
Estado do Amazonas
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

3°59′ c. e. 64°38′ q. u.HGYO


Ölkə
İnzibati mərkəz Manaus[2]
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 1.559.167,9 km² (2020)[3]
Hündürlük
70 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.941.613 nəf. (2022)[4]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-AM
Telefon kodu 92, 97
Rəsmi sayt
Amazonas xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ştatın adı Amazon çayının adından götürülmüşdür.

Amazonas Braziliyanın sahəsinə görə ən böyük ştatıdır. Braziliyanın 18 % ərazisini əhatə edir. Ərazisinin böyük qismi daima yaşıl Amazon meşələri ilə örtülüdür[5].

Ştat ərazisini Ekvator xətti kəsir. Bunla belə ərazisinin böyük qismi Cənub yarımkürəsində yerləşir. Regiondan əsas iri çaylar və Amazon nəqliyyat şəbəkəsini tşkil edir. Amazonasın iri və əhəmiyyətli şəhərləri çay kənarlarında yerləşir[5].

Amazonas öz növbəsində təpəli düzənlikdən ibarətdir. Böyük qismi bstaqlıqlaşmışdır. Şimalı isə Serra-İmeri və Qviana öndağlığı isə alcaq dağlardan ibarətdir. Ərazisinin 70 % sıx meşəliklərdən cəmi 30 % isə meşə-çol ərazilərindən ibarətdir. İqlimi kontinentaldır. Qış dekabrdan marta, yay isə apreldən noyabra qədər uzanır. İl ərzində 500-2000 arası yağış yağır.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Amazonas Braziliyanın digır ştatları kimi eyni hüquqa malikdir. Ştat ərazisi 4 mezoregiona vı 23 mikroregiona bölünür.

Ştatın paytaxtı azad iqtisadi zonadır. Burada ştat ərazizində istehsal edilən məlsulların 98 % hazırlanır. Burada mobil telefon, kompyuterlər, audio və video məhsullar, ofis avadanlıqları və motoskl istehsal edilir[6].

Burada neftayırma zavodları, regionun elektrik enerjisini təmin etmək məqsədilə Elektrik Stansiyaları fəaliyyət göstərir.

Faydalı qazıntılar

[redaktə | mənbəni redaktə et]

Ştatda qurguşun, alminyum, tantal, dəmir, sink, xrom, marqans, və qızıl hasil edilir[7][8]. Kuari və Amazonas rayonları ərazisində iri qaz yataqları vardır, üstəlik neft hasil edilir. Burada tikinti materillarından qum, gil, qranit və digərlərinin hasilatı həyata keçirilir. Amazonun adalarında isə böyük həcmli torf ehtiyatları aşkarlanmışdır.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Ştatda heyvandarlıq inkişaf etdirilmişdir: iribuynuzlu heyvandarlıq, donuzçuluq, qoyunçuluq, atçılıq, quşçuluq. Burada qarğıdalı, çəltik, soya, ananas, qarpız, nar, kartof, banan, şəkər qamışı, portağal, kofe, kakos qozu yetişdirilir.

Meşə təsərrüfatı və balıqçılıq

[redaktə | mənbəni redaktə et]

Ştatda ağac tədarük edilir

Qida əhəmiyyətli balıçılıqdan savayı ekzotik tropik balıqlar ovlanılaraq satışa çıxarılır.

Ştatın paytaxtı Braziliyada keçirilən 2014 Futbol üzrə Dünya cempionatı çərçivəsində keçirilən futbol oyununun bir necəsinə ev sahibliyi etmişdir.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. https://cidades.ibge.gov.br/brasil/am/panorama.
  3. https://www.ibge.gov.br/en/cities-and-states/am.html.
  4. https://censo2022.ibge.gov.br/panorama/.
  5. 1 2 "Амазонас". 2010-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-22.
  6. Amazonas. İşgüzar əlaqələr Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine.
  7. Veríssimo, José. Pará E Amazonas: Questão De Limites (reproduction). Nabu Press. 2010-02-22. səh. 98. ISBN 978-1-144-88368-1.
  8. Temple, C.L. The State of Amazonas. London. 1900.