Tapdıq Abbas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tapdıq Abbas
Şəxsi məlumatlar
Doğum tarixi 4 sentyabr 1952(1952-09-04) (71 yaş)
Doğum yeri
Partiya

Abbas Tapdıq Əlikişi oğlu (4 sentyabr 1952, Əlinəzərli, Jdanov rayonu) — Qarabağ müharibəsinin veteranıdır, 1991–1993-cü illərdə 849 saylı özünümüdafiə batalionunda döyüşüb, Prezident tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, Pedaqogika üzrə fəlsəfə doktoru, 2008–2018-ci illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub.

Həyatı

1952-ci il 4 sentyabrda Beyləqan rayonunun Əlinəzərli kəndində kolxozçu ailəsində anadan olub. 1971-ci ildə orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1975–1983-cü illərdə Beyləqan rayonun orta məktəblərində müəllim, məktəb direktoru və inspektor vəzifələrində işləyib.

1983–1985-ci illərdə Beyləqan rayon təhsil şöbəsində inspektor-metodkabinet müdiri vəzifəsində işləyib. 1985–1991-ci illərdə Partiys Komitə Katibi, şöbə müdiri kimi partiya işində çalışıb. 1991-ci ildə Azərbaycan SSR Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri seçilib. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü, AXC Beyləqan rayon şöbəsi İdarə heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri olub.

1991–1993-cü illərdə Xocavənd ərazisində gedən döyüşlərdə könüllü kimi Qarabağ müharibəsində fəal iştirak edib, 1993-cü ilin dekabr ayında erməni quldurlarının Beyləqan ətrafında məğlub edilməsində iştirak edib.

1992–1993-cü illərdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 1993–1998-ci illər ərzində Dövlət İdarələri və Xidmət İdarələri İşçiləri təşkilatları Həmkarlar İttifaqı Beyləqan RK-nın sədri vəzifəsində çalışıb.

1999-cu ilin dekabrında keçirilmiş ilk bələdiyyə seçkilərində Beyləqan şəhər bələdiyyəsinin üzvü seçilib. 2001-ci ilin yanvarından 2004-cü ilin sonunadək Beyləqan şəhər bələdiyyəsində Sosial Məsələlər üzrə komissiyasının sədri vəzifəsində işləyib.

2010-cu ilədək Müsavat Partiyasının üzvü olmuşdur.[1]

1990-cı ildən jurnalist fəaliyyəti ilə məşğuldur. 1993–2002 illərdə "Müxalifət", "Müsavat", "Proqnoz" qəzetlərində müxbir və redaktor kimi işləyib. 2002-ci ildən "Paralel" qəzetinin təsisçisi və baş redaktorudur. 2008-ci və 2013-cü illərdə Jurnalistlərin Qurultayında dalbadal iki dəfə Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. "Əməkdar mədəniyyət işçisi" fəxri ad alıb. 2013-cü ildə "Ali Media Mükafatı"na layiq görülüb.

2005-ci ildən ADPU-da pedaqogika kafedrasında müəllim işləyir, Pedaqogika üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 5 övladı, 9 nəvəsi var.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.