Beyləqan rayonu

Bu məqalə Beyləqan rayonu haqqındadır. Beyləqan şəhəri üçün Beyləqan şəhəri səhifəsinə baxın.

Beyləqan rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Beyləqan şəhəridir.

Rayon
Beyləqan rayonu

39°44′ şm. e. 47°34′ ş. u.HGYO


Ölkə
Daxildir Mil-Muğan
İnzibati mərkəz Beyləqan
Başçı Əziz Əzizov
Tarixi və coğrafiyası
Yaradılıb 24 yanvar 1939
Sahəsi
  • 1.131 km²
Hündürlük
50 m
Əhalisi
Əhalisi 100.600 nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-BEY
Telefon kodu 994 21
Poçt indeksi 1200
Avtomobil nömrəsi 11
Rəsmi sayt
Beyləqan rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran ərazisində yerləşən "Nəqşi Rüstəm" abidəsinin, od məbədində Əhəmənilər və Sasanilər dövrünə aid kitabədə "I Şapurun" dövrünə aid olan yazıda Sasani dövlətinə daxil olan 27 ölkə arasında "Adurbadaqan" (Atropatena), Albaniya və onun vilayəti olan Balasakanın adı vardır. Kür və Araz çaylarının qovuşduğu əraziləri Balasakan, bəzən Paytakaran (Beyləqan) adlandırırdılar. [2]Beyləqan rayonu 1939-cu ilin yanvar ayında inqilabçı Andrey Jdanovun adı ilə yaranmışdır. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşdirilmiş, mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan (Örənqala) şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə monqol istilaçıları tərəfindən dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, GəncəTəbrizlə əlaqəsini genişləndirmişdir.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır. Mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 281 km-dir.

Ümumi ərazi, km² 1131.00
Məhsuldar torpaqların ümumi sahəsi, km² 46.10
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, km² 27.70
Heyvandarlıq üçün otlaqların sahəsi, km² 38.70
Əkilmiş torpaqların ümumi sahəsi, km² 46.10
Meyvə bağlarının ümumi sahəsi, km² 0.06
Şoran torpaqların ümumi sahəsi, km² 0.53

Rayon ərazisində səhrayarımsəhra üçün xarakterik olan heyvanlar üstünlük təşkil etməkdədir. Tuqay meşəsi və qamışlıq zonalarında oxlu kirpi, qaban, canavar, kirpi, ilan, bayquş, ağacdələn, turac, kəklik, qalan düzən ərazilərdə tülkü, çaqqal, dovşan, siçan, siçovul, porsuq, qaz, ördək, axarsız gölməçələrdə vağ, ördək, qağayı, qarğa, qamışlıqlarda qamışlıq pişiyi, qaban və başqa heyvanlara rast gəlinir. Yaz aylarında bülbül, qaranquş kimi köçəri quşlar ərazidə yuva qururlar. Hamar relyefə malik Beyləqanda yarımsəhra bitkiləri üstünlük təşkil edir. Rayonun Cənub-Qərbində yarımsəhra, yovşanlı-efemerli bitkilər Yuxarı-Qarabağ kanalından, Kür çayına qədər yovşanlı-efemerli və yovşanlı şorangəli bitkilər, Kür çayı sahilində qismən qorunmuş Tuqay meşəsi, Xan qızı və Yuxarı Qarabağ kanalları arasında isə səhraların və yarımsəhraların yerində yenidən bərpa olunmuş bitki örtüyü üstündür. Bataqlıq çəmənləri də müəyyən ərazini əhatə edir. Suqoruyucu, torpaqyuyucu və yol qoruyucu məqsədilə ensiz meşə massivləri qalmaqdadır.

Beyləqan qalasının plan

Beyləqan rayonu ərazisi quru subtropik iqlim qurşağında yerləşir. Qışı mülayim, yayı isti quraq keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Qış fəslində mülayim iqlim, yay dövründə isə tropik iqlim üstünlük təşkil edir. İqlimin bu cür formalaşmasında ərazinin həm şimal, həm də cənub hissəsində maili çay çökəkliyi, cənub-qərbində təpəli, şərqində isə hamar düzənliyin olması mühüm şərq, qərb və şimaldan gələn cənub siklonları, tropik, Orta Asiya və yerli hava kütlələrinin təsiri altındadır. Ərazidə orta yanvar izotermi – 0 °C, orta iyul izotermi +24 °C keçməklə, qışda t-5–10 °C, yayda +25+35 °C arasında dəyişir.

Ərazidə yağıntı qeyri – bərabər paylanmaqla orta kəmiyyət 350–400 mm arasındadır. Bu kəmiyyət ArazKür çayları boyu daha çox mərkəzi Aran hissəsində isə orta hesabla 300 mm təşkil edir. Mümkün buxarlanmanın 800–1400 mm olmasının nəticəsidir ki, rütubətlilik əmsalı 0,3-ə bərabərdir və ərazidə yay vaxtı suvarma tələb olunur.[3]

Mil düzünün cənub-qərbində yerləşir. Ərazinin şimal — şərq hissəsi okean səviyyəsindən aşağıdadır. Cənub — qərb hissədə hündürlük 100 m-ə çatır.

Geologi quruluşu

[redaktə | mənbəni redaktə et]

Antropogen çöküntülərdən təşkil olunmuşdur

Beyləqan Şaqqıldağmeyvə gəvən

Çayları və su hövzələri

[redaktə | mənbəni redaktə et]

Rayonun şimal-şərq sərhədindən Kür çayı, cənub-şərq sərhədindən Araz çayı axır. Kür çayınm mənbəyi Qızıl-Gədik dağının şimal-şərq hissəsində (2720 m) yerləşir. Araz çayı Kürün ən böyük qoludur. Araz Türkiyə ərazisində Bingöl silsiləsindəki (2600 m) külli miqdarda bulaqlardan formalaşır.

Landşaftları və bioloji müxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə uyğundur. Yovşanlı və yovşanlı- şorangəli yarımsəhra bitkiləri geniş sahələr tutur.[4] Boz və boz — çəmən torpaqlar yayılmışdır. Yovşan lı və yovşanlı- şoranotlu bitkilər geniş sahə tutmaqla bərabər meşə sahələri də mövcuddur. Mil düzünə aid olan bu ərazinin florası Ağcabədi florasına yaxındır. Bu rayon respublikamızın başqa rayonlarına nisbətən ağır torpaq və iqlim şəraitinə malikdir. Heyvanları ceyran , qaban , canavar , adi tülkü, boz dovşan və s. Quşlardan turac , çöl göyərçini , qaraqarın bağrıqara qırqovul , sultantoyuğu , flaminqo , qaraquş , ərsindimdik , qarabattaq . Ağgöl Milli Parkının bir hissəsi burada yerləşir.

Arxeoloji abidələr

[redaktə | mənbəni redaktə et]
Beyləqan ərazisindəm tapılan orta əsirlərə aid qab

Aşağı Çəmənli kəndi yaxınlığında yeddi təpədən ibarət ilk Tunc Dövrünə aid Çardaqlı Abidələri — qədim yaşayış yeri. İlk Tunc Dövrü əhalisi oturaq həyat sürmüş, əkinçilikmaldarlıqla məşğul olmuşdur. İkinci Aşıqlı kəndi yaxınlığında m.ə. VII–V əsrlərə aid qəbiristanlıq. Təxminən 3 m dərinlikdə açılmış qəbirlərdən insan sümükləri, dəmir bıçaq, xəncər, dəhrə, tunc düymələr, bülöv daşı, qara və boz rəngli təkqulp kuboklar və s. mədəniyyət nümunələri aşkar edilmişdir. Əhali, əsasən, yarımköçəri həyat sürmüş, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Kəbirli kəndi yaxınlığında V əsrdə Sasani hökmdarı I Qubad (488 −531) tərəfindən salınmış qədim Beyləqan şəhərinin xarabalıqları. Qala divarları, qala darvazası, yaşayış binaları. Təzəkənd ərazisində III- IV əsrlərdə salınmış Qafqaz Albaniyasının əsas şəhərlərindən biri olan Paytakaranın xarabalıqları. M.ə. I minilliyə aid Govurarx qədim suvarma kanalı. Arazdan Qarqarçayadək uzanan bu kanal mənbələrdə Bar- las da adlanır. Aşağı Çəmənzəminli kəndi yaxınlığında Araz çayının keçmiş yatağının sol sahilində 7 təpədən ibarət Çardaqlı Abidələri, ilk Tunc Dövrünə aid bu təpələrdən müxtəlif saxsı qablar tapılmışdır. Beyləqan rayonunun mühüm abidələrindən biri qafqazda yeganə peyğəmbər ocağı olan Həzrəti Cərciz Peyğəmbər ziyarətgahıdır. Rəvayətlərə görə, Cərcis (313–392) buraya Suriya ərazisindən IV əsrdə tək allahlığı yaymaq üçün gəlmişdir. Fələstinli Cərciz Peyğəmbərə ömrünün axırına kimi 33 min nəfər iman gətirib. O, təkallahlığı təbliğ etdiyinə görə böyük əziyyətlərə məruz qalmışdır. Zülmə dözdüyünə görə xalq arasında "Səbr edən peyğəmbər" kimi tanınır. Ziyarətgah XX əsrin əvvəllərində Təbrizli Usta Həsən tərəfindən inşa edilmişdir. Ziyarətgahın ətrafında olan qəbirlərin tarixi isə VII–VIII əsrlərə aiddir. Burada oğuz türklərinin adət-ənənələrini nümayiş etdirən işarələr, Şirvanşahlar dövrünə aid məzarlar vardır. Digər versiyaya görə o, xristianlığın ən çox qibtə edilən və böyük şəhidlərindən biri olan Kappadokiyalı Müqəddəs Georgiusdur.[5]

İri yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Rayon 1 şəhər, 15 qəsəbə və 24 kənd olmaqla, cəmi 31 ərazi vahidinə bölünmüşdür. O cümlədən 37 bələdiyyə mövcuddur.

2014-cü ilin məlumatlarına görə Beyləqanda əhalinin sayı 91 min nəfərdir. 1 kvadrat km-ə 72 nəfər düşür. Əhalisi azərbaycan türklərindən ibarətdir. Tərəkəmə Qarapapaq türkləri, Təklə-Təkəli türkləri, Avşar türkləri məskunlaşmışdır.

Əhalinin ümumi sayı 91000
Şəhər əhalisinin sayı, [%] 27.5398
Kənd əhalisinin sayı, [%] 72.4602
Əhalinin orta sıxlığı 72.236958
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 49.0820
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 50.9180
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 18.4823
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 44.0636
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%] 39.9388
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 15.9976
Ali təhsilli əhalinin sayı, [%] 5.3856
Orta təhsilli əhalinin sayı, [%] 32.7283
Məskunlaşmış qaçqınların sayı 469
Məskunlaşmış məcburi köçkünlərin sayı 16207

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Tağıyev Şamxal Kərim oğlu — 1977-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası fiziologiya institutunun müşaviri və şöbə rəhbəridir. 138 elmi işi, 3 monoqrafiyası çap olunub. 23 elmlər namizədi, 2 elmlər doktoru hazırlayıb.
  • Əsədov Gəray Lətif oğlu — Sovet İttifaqı Qəhrəmanı

İqtisadi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Beyləqan rayonunda 23 sənaye müəssisəsi qeydə alinmış və 2009-cu il üçün onların 8-i fəaliyyət gostərir. 2009-cu ildə rayonun sənaye müəssisələri, habələ fiziki səxslər tərəfindən faktiki qiymətlərlə 3.6 milyon manatliq sənaye məhsulu istehsal edilmişvə xidmətlər göstərilmisdir. İstehsal olunmus sənayə məhsulunun həcmi 2006-cı ilin müvafiq dövru ilə muqayisədə 37 faiz çox olmuşdur. Qeyri-dövlət müəssisələrində istehsalın həcmi əvvəlki ilə nisbətən 17 artmış və rayon sənayesinin umumi məhsulunda onun payı 69,9 faiz olmusdur. İstehlakçilara 3,7 milyon manatliq sənaye məhsulu göndərilmişdir. 2009-cu ildə bütün maliyyə mənbələri hesabına 7,1 milyon manat həcmində investisiyalardan istifadə olunmuş, 6,4 milyon manat məbləğində tikinti quraşdırma işləri aparılmışdır.[6] Rayonda 2010-cu ildə ümumi məhsul buraxılışı 96244.6 min manat olmuşdur ki, bunun da 4329.8 min manatı və ya 4,5%-i sənayenin payına düşmüşdür.

Beyləqan rayonu respublikamızın mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun cəmi sərhəd daxilində 113,113 hektar torpaq sahəsi vardır. Qeyd olunan torpaqların 69.8 faizini yəni 78,920 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 47.9 faizini və ya 54,170 hektarını əkin sahəsi təşkil edir. Bundan əlavə, rayonun ərazisi daxilində "Ağ ğöl" Milli Parkından 4,142 hektar, kanal-kollektor və yollar altında 31,548 hektar, Araz çayı yatağı altında 343 hektar və Sərhəd zolağında 1,180 hektar olmaqla ümumilikdə 37,213 hektar torpaq sahəsi vardır ki, bunlar da dövlət fondunda olan torpaqlardır. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı, təsərrüfatlarda kartof, üzüm, tərəvəz, bostan məhsulları və meyvə də yetişdirilir. İstehsal olunan kənd təsərrüfatı məhsullarından taxıl, üzüm, tərəvəz məhsullarından kartof, soğan, heyvandarlıq məhsullarından ət, süd, pendir, nehrə yağı və sairə məhsullar daxili bazara çıxarılan məhsullara aiddir. 2010-cu ildə rayonda 45.7 min ton taxıl, 3.2 min ton pampıq, 3 min ton kartof, 13.5 min ton tərəvəz, 4.5 min ton bostan məhsulları, 6.9 min ton meyvə və 30 min ton şəkər çuğunduru istehsal olunmuşdur. 2010-cu ildə rayonda iri buynuzlu mal-qaranın sayı 55 min baş, xırda buynuzlu mal-qaranın sayı 290 min baş olmuşdur. İl ərzində rayonda 34.8 min ton süd istehsal olunmuşdur.[7]

Rayon ərazisində 9 süd emalı sexi fəaliyyət göstərir. Onların gündəlik istehsal gücü 24 tondur. Süd emalı müəssisələri Milabad qəsəbəsində, Kəbirli, II Şahsevən və Dünyamalılar kəndlərində yerləşir. "Örən-Qala" şərab zavodunda nar şirəsi istehsal olunur. Meyvə-tərəvəz məhsullarının emalı üçün "Beyləqan-Konserv" ASC və Dünyamalılar kəndində illik istehsal gücü 626 min şərti banka olan Konserv zavodu fəaliyyət göstərir. Pambığın ilkin emalı üzrə CTS-Aqro MMC-nin illik gücü 30 min t olan pambıq emalı zavodu və "Beyləqan-Pambıq" ASC fəaliyyət göstərir. 2007-ci ildə 1604 t mahlıc istehsal olunmuşdur. Kərpic istehsalı üzrə "Aran-Qala" LtD müəssisəsi yaradılmışdır.

Rayonu Təmsil edən Mil-Beyləqan FK fealiyyət göstərir. Klub 1955-ci ildə keçmiş Jdanov indiki Beyləqan rayonunda təsis edilmişdir. Klub 2006–2007-ci illərdə Həvəskarlar liqasının Respublika çempionatında çempion olmuş 2009–2010-cu illərdə liqada III yer 2010–2011-ci illərdə isə VI yeri qərarlaşmışdır. Klub hal hazırda AFFA Region Liqası mübarizə aparır. Oyunları 2500 tutumlu Beyləqan OİK-də keçirir.

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]
Cərcis Peygambər Ziyarətgahı

Beyləqan rayonunda bir neçə tarixi abidə mövcuddur. Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir.

Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı XVII–XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah Azərbaycanın bütün bölgələrindən, eləcə də Gürcüstandan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir.

Beyləqan şəhər xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır.

Bundan əlavə, rayon Mədəniyyət şöbəsinin mühafizəsində olan aşağıdakı tarixi, memarlıq və incəsənət abidələri mövcuddur: Saray təpəsi, Soltanbud qəbiristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatın məscidi, Kərbəlayı Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı G. Əsədovun xatirəsində ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, M. Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. İsayev, Anar. Azərbaycan tarixi kurikulumla (Azərbaycan dili) (1-ci nəşr). Bakı şəhəri: RM nəşriyyatı. 2023. 60-cı səhifə. ISBN 1000000274257.
  3. Beyləqan Rayonu [ölü keçid]
  4. Hacıyev V. C. Azərbaycan florası bitkiliyinin istifadəsi və qorunması, Bakı; Eim, 1999.
  5. Təhməzov B., Yusifov E., Əsədov K. Azərbaycanm bioloji tobiot abidələri. Bakı: Adiloğlu, 2004.
  6. "Beyləqanın sənayesi". 2010-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-10.
  7. Beyləqan rayonunda kənd təsərrüfatı [ölü keçid]