Temur Abazov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Temur Abazov
Şəxsi məlumatlar
Doğum tarixi 2 dekabr 1981(1981-12-02) (42 yaş)

Temur Abazov və ya Teymur Abbasov — Gürcüstanın Marneuli rayonunun icra başçısı[1].

Həyatı

Temur Abazov 2 dekabr 1981-ci ildə anadan olmuşdur[1].

Təhsili

2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirmişdir[1].

Karyerası

2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışmışdır[1].

2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışmışdır[1].

2005-ci ildə "JTI" MMC-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olmuşdur[1].

2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olmuşdur[1].

2006–2007-ci illərdə "ANADOLU" Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olmuşdur[1].

2007–2011-ci illərdə "Elita Bürc" MMC-də Marketinq Xidmətinin Meneceri, 2011–2015-ci illərdə isə Marketinq Xidmətinin Rəhbəri kimi çalışmışdır[1].

2012-ci ildə "Qlobal Kontrakt Konsaltinq" MMC-də Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olmuşdur[1].

2013-cü ildə "Gürcü Arzusu" koalisiyasının Marneuli Seçki Qərargahının sədri olmuşdur[1].

2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olmuşdur[1].

2015–2017-ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri — Azərbaycan Respublikasında Polis Attaşesi olmuşdur[1].

İcra başçısı

2017-ci ildə böyük səs faizi ilə Marneuli rayonunun icra başçısı seçilmişdir[1]. O, hakim Gürcü Arzusu Partiyasının namizədi kimi seçkilərə qatılmış və rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, 68,05 % səs toplamışdır[2].

Dil biliyi

Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir[1].

Ailəsi

Ailəlidir, üç övladı var[1].

İstinadlar