Temur Abazov və ya Teymur Abbasov — Gürcüstanın Marneuli rayonunun icra başçısı[1].
Temur Abazov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1981 (42 yaş) |
Temur Abazov 2 dekabr 1981-ci ildə anadan olmuşdur[1].
2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirmişdir[1].
2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışmışdır[1].
2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışmışdır[1].
2005-ci ildə "JTI" MMC-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olmuşdur[1].
2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olmuşdur[1].
2006–2007-ci illərdə "ANADOLU" Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olmuşdur[1].
2007–2011-ci illərdə "Elita Bürc" MMC-də Marketinq Xidmətinin Meneceri, 2011–2015-ci illərdə isə Marketinq Xidmətinin Rəhbəri kimi çalışmışdır[1].
2012-ci ildə "Qlobal Kontrakt Konsaltinq" MMC-də Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olmuşdur[1].
2013-cü ildə "Gürcü Arzusu" koalisiyasının Marneuli Seçki Qərargahının sədri olmuşdur[1].
2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olmuşdur[1].
2015–2017-ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri — Azərbaycan Respublikasında Polis Attaşesi olmuşdur[1].
2017-ci ildə böyük səs faizi ilə Marneuli rayonunun icra başçısı seçilmişdir[1]. O, hakim Gürcü Arzusu Partiyasının namizədi kimi seçkilərə qatılmış və rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, 68,05 % səs toplamışdır[2].
Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir[1].
Ailəlidir, üç övladı var[1].