Terek altağızı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Terek altağızı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Terek altağızı
Beynəlxalq elmi adı

Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür.

Xarakterik morfoloji əlamətləri

Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir[2].

Yaşayış yeri və həyat tərzi

Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü bir dəfəyə tökür. Kürüləməsi suyun temperaturu 12.0 – 16.0 C° oduqda mart ayının axırlarından may ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü bir dəfəyə 2.3 mindən 16.2 min ədədə qədər tökür. Yetkin fərdlər hər il kürütökmədə iştirak edirlər. Generasiyaların sayı ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur[3].

Yayılması

Azərbaycanda 2 növ ilə təmsil olunmuşdur. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanda Yalama-Xudat çaylarında (Tel çay, Nurgədi, Xuray, Vələmir və Samur) yayılmışdır.

Limit faktorları

Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Rasionu

Qidasını, əsasən, yosunlar, detrit, su cücülərindən olan ikiqanadlıların sürfələri, ibtidai xərçəngkimilər və balıqların kürüləri təşkil edir.

Düşmənləri

Yırtıcı balıqlar və balıq parazitləri.

İnsan həyatına təsiri

Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir[4].

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  4. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.

Həmçinin bax