The Arockalypse

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
The Arockalypse
Yayımlanma tarixi 3 mart 2006
Janr hard-rok
Müddət 2.699 san.
Dil ingilis dili

The Arockalypse — Lordi heavy-metal musiqi qrupunun 2006-cı ildə işıq üzü görən üçüncü və ən uğurlu musiqi albomu. Bu albomda yer alan "Hard Rock Hallelujah" mahnı ilə qrup 2006-cı ildə keçirilən Avroviziyada qalib gəlmişdir. Albom Finlandiyada 3 dəfə platin, İsveç, Almaniya və Yunanıstanda isə qızıl albom olmuşdur. Finlandiya, Yunanıstan və İsveç çartlarında o ilk yerləri tutmuş, Almaniya, Estoniya və İsveçdə isə ilk onluqda yer almışdır. Albomun üz qabığında bas gitaraçı OX təsvir olunub, amma əslində isə albomdakı bas gitara ifası Kalma-ya aiddir və bu haqda albomun açıqçasında məlumat verilir.

Dəvət olunan qonaqlar

"The Arockalypse" albomunun yazılması üçün Twisted Sisterdən Di SnayderJay Jay French, Acceptdən Udo Dirkşnayder (açıqçada onun adı "Ado" kimi yazılmışdır) və Kissdən Bryus Kulik kimi ulduzlar dəvət olunmuşlar.

Kompozisiyaların siyahısı

  1. "SCG3 Special Report" (bədheybətlər komandasının təmsilçisi rolunda olan Di Snayderin iştirakı ilə) — 3:46 (Mr. Lordi/Kita)
  2. "Bringing Back the Balls to Rock" — 3:31 (Mr. Lordi)
  3. "The Deadite Girls Gone Wild" — 3:45 (Mr. Lordi/Kita/Tracy Lipp)
  4. "The Kids Who Wanna Play with the Dead" — 4:07 (Mr. Lordi)
  5. "It Snows in Hell" (solo-gitara patiyası ifa edən Bryus Kulikin iştirakı ilə) — 3:37 (Mr. Lordi/Kita/Lipp)
  6. "Who's Your Daddy?" — 3:38 (Mr. Lordi)
  7. "Hard Rock Hallelujah" — 4:07 (Mr. Lordi)
  8. "They Only Come Out at Night" (ikinci vokalçı kimi Udo Dirkşnayderin iştirakı ilə) — 3:39 (Mr. Lordi/Amen)
  9. "Chainsaw Buffet" (solo-gitaraçı kimi Cey Cey Frençin iştrakı ilə) — 3:47 (Mr. Lordi)
  10. "Good to Be Bad" — 3:30 (Mr. Lordi)
  11. "The Night of the Loving Dead" — 3:08 (Mr. Lordi)
  12. "Supermonstars (The Anthem of the Phantoms)" — 4:04 (Mr. Lordi)

Nəşrin bonusu

2006-cı ilin noyabr ayında "The Arockalypse» Finlandiyada xüsusi nəşr kimi təkrar buraxılmışdır. Bu nəşrə 3 əlavə mahnı daxil edilmiş və DVD-si əlavə olunmuşdur. Bu versiya həm də "Lordi" qrupunun ABŞ-də yayımlanan ilk albomu idi.

Bonus mahnılar
  1. "Would You Love a Monsterman?" (2006-cı ilin versiyası)
  2. "Mr. Killjoy"
  3. "Evilove"
DVD
  • "Live at Market Square"
  • "Hello Athens"
  • Kliplər: "Who’s Your Daddy?", "Hard Rock Hallelujah" və "Would You Love a Monsterman?" (2006)

Vinil

2007-ci ildə "The Arockalypse" albomu ABŞ-də vinildə məhdud sayda nəşr olundu və 4 versiyada yayımlandı: qara, ağ, göy və qırmızımtıl. Albom iki plastinkadan ibarətdir və xüsus nəşrin bütün mahnılarını və D üzündə 2ç live-treki özündə cəmləyir:

  1. "Devil Is a Loser (Live)"
  2. "Hard Rock Hallelujah (Live)"
  3. "Would You Love a Monsterman? (Live)"

İstinadlar

Xarici keçidlər