The Verge

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
The Verge
Loqonun şəkli
URL theverge.com
Tipi Xəbər saytı
Dilləri ingilis dili
Serverin yeri
Sahibi Vox Media
Açılma tarixi 1 noyabr 2011
Alexa reytinqi
  • 405 (28 noyabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"The Verge" (ingilis dilindən – "hüdud") — ABŞ kompüter, qadcet və həyat tərzi veb saytı. 1 noyabr 2011-ci ildə fəaliyyətə başlayan sayt "Vox Media" holdinqinin bir hissəsidir.

"The Verge" ABŞ-nin 271-ci ən populyar veb-saytıdır və eyni zamanda qlobal miqyasda 615-ci yerdədir.[2]

Tarixi

2011-ci ilin aprelində "This Is My Next" adlı texnoloji bloq fəaliyyətə başlamışdır. Gündə 3-5 məqalə dərc edən sayt 1 milyona yaxın unikal ziyarətçi cəlb etməyə nail olmmuş və 23 avqust 2011-ci il tarixində görə məşhur IT saytları siyahısında 22-ci yerdə qərarlaşmışdı. Saytda məqalələrlə yanaşı, müntəzəm olaraq audio podkastlar da dərc olunurdu. 1 noyabrda "This Is My Next" fəaliyyətini dayandıraraq, öz yerini yaradıcıları Coşua Topolski və Pol Millerin "The Verge" adlı yeni layihəsinə vermişdir. 2014-cü ilin avqustunda saytın həmtəsisçisi Coşua Topolski yaratdığı layihəni tərk edərək "Bloomberg"ə keçmişdir. Bundan sonra baş redaktor vəzifəsini Nilay Patel götürmüşdür.[3]

İstinadlar

  1. Alexa Internet (ing.). 1996.
  2. "theverge.com". Alexa.com (ingilis). 2018-06-30. 2019-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
  3. Nilay Patel Becomes Editor-in-Chief of The Verge Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine — Блог Vox Media

Xarici keçidlər