Tietanlar kimyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Tietanlar – başqa sözlə trimetilsulfid molekulunda bir kükürd saxlayan dördüzvlü heterotsiklik birləşmələr sinfinə mənsubdur.

Tətbiqi

Tietan molekulundakı karbon atomları sp3-hibrid halındadır. Onlar müxtəlif kükürdüzvi birləşmələrin alınmasında, bəzi törəmələri isə sürtkü yağlarına əlavə olunan aşqar kimi tətbiq edilir.

Tietanların sintezi

Tietanların sintezi və onların xassələrinin tədqiqi yalnız 60-cı illərdən sonrakı dövrü əhatə edir. Məhz 60-cı illərdən başlayaraq tietanlar kimyası tədqiqatçıların diqqət mərkəzində olub. Tietanları sintez etmək üçün yeni üsullar işlənib hazırlanmış və onların tətbiq sahələri müəyyənləşdirilmişdir. Tietanların alınmasının ən qədim və əsas üsulu dihalogenidlərin natrium, kalium sulfid və ya hidrosulfidlər ilə qarşılıqlı reaksiyasına əsaslanır.

Tietanların əsas istiqamətləri

  • Tibbi məqsədlər üçün dərman maddələri kimi istifadə edilə bilərlər.
  • Kənd təsərrüfatında tietan törəməsi ziyanvericilərə qarşı işlədilən kimyəvi maddələrin alınmasında aralıq məhsul kimi işlədilir.
  • Boruları və şüşə qabları əvəzedən materialların alınmasında geniş istifadə edilir.
  • Tietan törəmələri transmissiya yağlarının yeyilmə, siyrilmə xassələrini yaxşılaşdırır, eyni zamanda neft məhsullarının oksidləşməyə qarşı davamlılığını artıran inhibitorlardır.

Mənbə

  • Karuo N., Anemi Y. Facile synthesis of Cyclic Sulfides. Chem. and Pharm. Bull., 1985, V 33, № 11, P. 5048–5052.
  • Аллахвердиев М.А. Акперов Н.А., Фарзалиев В. М. 3-арилокситиетаны в качестве присадок к смазочным маслам. Нефтихимия, 1988, Т. 28, № 2, с. 251–256