Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tietanlar – başqa sözlə trimetilsulfid molekulunda bir kükürd saxlayan dördüzvlü heterotsiklik birləşmələr sinifinə mənsubdur.
Tietan molekulundakı karbon atomları sp3-hibrid halındadır. Onlar müxtəlif kükürdüzvi birləşmələrin alınmasında, bəzi törəmələri isə sürtkü yağlarına əlavə olunan aşqar kimi tətbiq edilir.
Tietanların sintezi və onların xassələrinin tədqiqi yalnız 60-cı illərdən sonrakı dövrü əhatə edir. Məhz 60-cı illərdən başlayaraq tietanlar kimyası tədqiqatçıların diqqət mərkəzində olub. Tietanları sintez etmək üçün yeni üsullar işlənib hazırlanmış və onların tətbiq sahələri müəyyənləşdirilmişdir. Tietanların alınmasının ən qədim və əsas üsulu dihalogenidlərin natrium, kalium sulfid və ya hidrosulfidlər ilə qarşılıqlı reaksiyasına əsaslanır.