Tikanlı badam

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tikanlı badam
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tikanlı badam (lat. Prunus spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Qərbi Sibir, Orta və Kiçik Asiya, Avropadır.

Botaniki təsviri

Hündürlüyü 0,5–2 m olan, dağınıq çətirli, yarpağı tökülən koldur. Düz dayanan, şaxələnmiş budaqları üzərində tikanlar yerləşir. Yarpaqları xətvari-neştərvari və ya uzunsov-oval formalı olub, bünövrəsində daralmışdır. Mart-aprel ayında çiçəkləyir. Çəhrayı və ağ rəngli ətirli çiçəkləri yarpaqlarla eyni vaxtda açılır. Meyvələri iyun ayında yetişir. Meyvələrinin diametri təxminən 2,5 sm, uzunluğu 1–2 sm-dir, yumurtaşəkilli, sıx boz rəngli, cod tüklərlə örtülmüş olur.

Ekologiyası

Quraqlığa, istiyə, küləyə davamlıdır. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanda mədəni şəraitdə bir çox rayonlarda becərilir.

İstifadəsi

Çox dekorativ bitkidir. Qrup və tək əkinlərdə bordürlərin, massivlərin, alt təpəciklərinin dekorasiyası, quru daşlıq sahələrin və yamacların yaşıllaşdırılmasında geniş istifadə edilir.

İstinadlar

Həmçinin bax