Tomas Kurtis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tomas Kurtis
Şəxsi məlumatlar
Tam adı Tomas Pelham Kurtis
Vətəndaşlığı ABŞ Birləşmiş Ştatlar
Doğum tarixi
Doğum yeri San-Fransisкo, Birləşmiş Ştatlar
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Nahant, Birləşmiş Ştatlar
Təhsili
Boyu 176 sm
Çəkisi 66 kq
İdman növü Yüngül atletiкa

Tomas "Tom" Kurtis (d. 9 yanvar 1873; San-Fransisкo, Birləşmiş Ştatlar - ö. 23 may 1944; Nahant, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb.

Həyatı

Tomas Kurtis 1873-cü ilin 9 yanvar günündə Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisкo şəhərində anadan olub. 1944-cü ilin 23 may tarixində isə Massaçusets ştatının Nahant şəhərində ömrünün 71-ci yaşında vəfat edib.

Afina Olimpiadası

Tomas Kurtis 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 110 metr məsafəyə sədli qaçış yarışlarında mübarizə aparan Kurtis təsnifat mərhələsində 18.0 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 17.6 saniyə nəticəyə imza atan Tomas Kurtis I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.

Tomas Kurtis Afina Olimpiadasında həmdə 100 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınadı. Kurtis təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Amma Tomas Kurtis həmin yarışların finalına bir-sıra səbəblərdən qatılmadı.

İstinadlar