Tomas "Tom" Kurtis (d. 9 yanvar 1873; San-Fransisкo, Birləşmiş Ştatlar - ö. 23 may 1944; Nahant, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb.
Tomas Kurtis | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Tomas Pelham Kurtis | |||||||
Vətəndaşlığı | Birləşmiş Ştatlar | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | San-Fransisкo, Birləşmiş Ştatlar | |||||||
Vəfat tarixi | (71 yaşında) | |||||||
Vəfat yeri | Nahant, Birləşmiş Ştatlar | |||||||
Təhsili | ||||||||
Boyu | 176 sm | |||||||
Çəkisi | 66 kq | |||||||
İdman növü | Yüngül atletiкa | |||||||
Medallar
|
Tomas Kurtis 1873-cü ilin 9 yanvar günündə Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisкo şəhərində anadan olub. 1944-cü ilin 23 may tarixində isə Massaçusets ştatının Nahant şəhərində ömrünün 71-ci yaşında vəfat edib.
Tomas Kurtis 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 110 metr məsafəyə sədli qaçış yarışlarında mübarizə aparan Kurtis təsnifat mərhələsində 18.0 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 17.6 saniyə nəticəyə imza atan Tomas Kurtis I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Tomas Kurtis Afina Olimpiadasında həm də 100 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınadı. Kurtis təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Amma Tomas Kurtis həmin yarışların finalına bir-sıra səbəblərdən qatılmadı.