Torlu qaymaqçiçəyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Torlu qaymaqçiçəyi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Torlu qaymaqçiçəyi
Beynəlxalq elmi adı

Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. [1]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.[2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə iyul-avqust aylrında baş verir. Alp qurşağında rast gəlinir. Yüksək dağlığın 3000-3800 (4000) m hündürlüyündə əsasən subnival və alp qurşaqlarında rast gəlinir[1].

Yayılması:

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri[3][4][5].

Sayı və tendensiyası

Təbii ehtiyatı azalır. Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilən asılıllığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Təbii amillər (subnival qurşağın bitkisi olduğundan və qısa vegetativ dövrə malik olması, ətraf mühit amillərinə çox həssaslığı və qeyri stabil çınqıllı torpaqların tez-tez eroziyaya məruz qalması).

Mühafizə tədbirləri

Yayıldığı ərazilərin mütəmadi monitorinqinin aparılması, toxumla yaxşı çoxaldığından mümkün qədər toxum ehtiyatının yığılması.[1]

Yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Dağıntı və qaya töküntülərində bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.[6]

İstinadlar

  1. 1 2 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
  3. Флора Азербайджана, 1953
  4. Əsgərov A.M., 2005
  5. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012
  6. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019

Həmçinin bax