Tripanasoma Persale

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tripanasoma Persale
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tripanasoma Persale
Beynəlxalq elmi adı
  • Trypanosoma percae

Tripanasoma Persale (lat. Trypanosoma percae )-Mastigophora tipinə aid olan növ.

Xarici quruluşu

Bədən iri, uzunsov, ilanvari, öndən yastı, arxa kör çıxıntılı ensiz titrək membranlıdır. Qamçının sərbəst ucu nisbətən kiçikdir. Ön tərəfdə yerləşən dairəvi nüvənin eni bədənin enindən azdır. Kinetoplast bədənin arxa hissəsinə yaxın yerləşib. Bədədnin uzunluğu 22.0- 61.4, eni – 2.0-8.0, titrək membranın eni 0.5-0.9, qamçının sərbəst hissəsinin uzunluğu 3.4-17.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 2.0, kinetoplastdan nüvəyə - 6.8-18.5, nüvədən ön qutaracağadək – 7.0-15.0, nüvəni uzunluğu 2.4- 6.1, nüvənin eni – 2.0- 6.8 mkm-dir.

Yayılması

Tripanasoma Persale Kür çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.

Həyat tərzi

Parazit həyat tərzi keçirir. Xanı balığının spesifik parazitidir. Sahibi:xanı balığıdır.

Həmçinin bax

Xarici keçidlər

Ədəbiyyat

  • Mahir Əli oğlu Hüseynov Azərbaycanda balıq, amfibi və su reptililərinin ibtidai qan parazitləri;