True Fantasy EP

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
True Fantasy EP
Albomun üz qabığı
Albomun üz qabığı
Yayımlanma tarixi 13 noyabr, 2015
Yazılma tarixi İyun 2015 – Noyabr 2015
Janr Downtempo, Trip-Hop
Müddət 23:53
Prodüser VugarixxBir Axşam, Bəxt Üzüyü, Sən Getdin, Təhminə və Zaur

True FantasyVugarixx-in ilk EP albomu.[1] Albom 13 noyabr 2015 – ci ildə təqdim olunmuşdur.[2] Payız aurasında olan və 300 nüsxədən ibarət xüsusi disk şəklində çıxarılan bu albomdan yalnız 50-si satışda olub.[3] Digər 250 albom isə yaxın insanlara hədiyyə olunmuşdur.[4] Albomdakı mahnıların hazırlanması zamanı Flora Kərimova, Qədir RüstəmovRafiq Babayev-in unudulmaz səs və əsərləri, həmçinin Bəxt Üzüyü, Təhminə filmlərindəki dialoqlardan istifadə olunmuşdur.

Albomdan çıxarılmış ilk sinql olan Bir Axşam[5][6][7][8][9] mahnısı 10 iyul 2015 – ci ildə dinləyicilərə təqdim edilmişdir. Daha sonra 28 sentyabr Bəxt Üzüyü[10][11][12], 30 oktyabr Sən Getdin[13][14][15][16][17], 30 noyabr isə Təhminə və Zaur[18][19][20][21][22] adlı təqdim olunan sinqllar dinləyicilərin böyük marağına sahib olmuşdur.

Albomdakı mahnılar 2015-ci ilin iyun ayından, noyabr ayına kimi hazırlanıb. Mahnıların əksəriyyəti FL Studio, bəziləri isə Ableton proqramı vasitəsi ilə işlənilib.[23] Mahnıların səs uzlaşması zamanı Vüsal Həsən tərəfindən bəzi göstərişlər verilib.[24]

Mahnılar hazır olduqdan sonra ilk albomunun üz qabığında illüstrasiya olmasını istəyən Vugarixx, bunun üçün Cavid İlham adlı yerli rəssamla görüşür və onlar ideaları birlikdə müzakirə edirlər.[25] Nəticə olaraq hazırlanan illüstrasiya çox bəyənilir və digər qrafik işlərin tamamlanması üçün Röyal Paşayev-ə (az-ya) müraciət olunur. Dizayner çap üçün olan versiyanı hazır edir və 3 noyabr 2015-ci il tarixində 300 tirajla albom çapa verilir.[26] Daha sonra, 5 noyabr 2015 – ci il tarixində rəsmi şəkildə albomun kover şəkli və alboma 11 mahnı daxil olduğu elan edilir.[27]

Bu albomun hazırlanması zamanı gənclərdə musiqi zövqünü daha da inkişaf etdirməyə çalışan və yerli musiqi bloqu olan BakuCasual proyekti Vugarixx-ə reklam baxımından dəstək olur. 50 ədəd xüsusi satış üçün nəzərdə tutulan albomların satışı da elə məhz BakuCasual proyekti vasitəsiylə həyata keçirilir.[28]

Albomdakı mahnılardan bir neçəsi yerli radiolarda səslənir. Albomu əldə edənlərin albom haqda olan fikirlərini öyrənmək üçün sosial şəbəkələrdə #TrueFantasyEP həştəqindən istifadə edərək axtarış apara bilərsiniz.

Mahnıların siyahısı

BaşlıqMüəllif Müddət
1. True Fantasy (intro)Vugarixx 0:47
2. Bir Axşam (sempl: Flora Kərimova - "Gün Keçdi")Vugarixx 2:25
3. Sən Getdin (sempl: Qədir Rüstəmov - "Sən Getdin" / canlı)Vugarixx 3:07
4. Blue Ocean Eyes Vugarixx 2:51
5. Bəxt Üzüyü (sempl: "Bəxt Üzüyü" filmindəki dialoqlar)Vugarixx 2:36
6. Təhminə və Zaur (sempl: Rafiq Babayev - "Prelüd", "Təhminə" filmindəki dialoqlar)Vugarixx 2:22
7. After the Rain Vugarixx 3:02
8. Sev (sempl: Şeyla - "Sev")Vugarixx 1:24
9. Long Nights Vugarixx 1:49
10. Beautiful Tomorrow Vugarixx 2:32
11. Back to Inferno (outro)Vugarixx 0:59

İstinadlar

  1. "DJ Vugarixx презентовал свой дебютный альбом - URBAN - Город, люди, события". 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  2. ""АртХаус". Dj Vugarixx: У этого проекта есть все шансы наделать шум на весь мир (видео)". 2015-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  3. "Vugarixx: «İlk klipi üzərində işlərə artıq start verilib» | MOODGOOD". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  4. "Vugarixx и его космический мир | URBANIA.AZ". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  5. "Саундтрек легендарного фильма "Gün Keçdi" в обработке азербайджанского диджея - ВИДЕО". 2015-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  6. "Новая жизнь культовой азербайджанской композиции". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  7. "Азербайджанский DJ записал трэк на песню Флоры Керимовой - ФОТО - ВИДЕО". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  8. "Новый трэк азербайджанского ди-джея Vugarixx-a на песню из фильма "Gün Keçdi"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  9. "Современный ремикс на песню Gün Keçdi (1971 год)".
  10. "DJ Vugarixx презентовал клип на трек «Bəxt üzüyü» - ВИДЕО - 1NEWS.AZ". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  11. "Второе рождение фильма Bəxt Üzüyü - URBAN - Город, люди, события". 2015-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  12. "DJ Vugarixx представил новую песню под названием «Bəxt üzüyü» - ВИДЕО". 2018-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  13. "Азербайджанский диджей использовал в новом треке голос ханенде Гадира Рустамова – ВИДЕО - 1NEWS.AZ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  14. "Легендарный голос Гадира Рустамова в новой песне местного ди-джея - ВИДЕО". 2015-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  15. "FRIDAY.az - Новая жизнь классической песни". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  16. "LENT.AZ - Qədir Rüstəmovun əfsanəvi səsi Vugarixxin yeni mahnısında". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  17. "История любви одинокого старика – голос легендарного ханенде (ВИДЕО)". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  18. LENT.AZ - "Təhminə və Zaur" filmi DJ Vugarixx-in yeni mahnısında[ölü keçid]
  19. "Фильм «Тахмина и Заур» в новом клипе DJ Vugarixx – ФОТО, ВИДЕО - Наши звезды - PrimeTime". 2015-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  20. ""Тахмина и Заур" вернулись в новом образе - ВИДЕО". 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  21. "Təhminə və Zaur yeni versiyada - VİDEO - FOTO". 2016-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  22. ""Təhminə və Zaur" filmi DJ Vugarixx-in yeni mahnısında - Audio". 2015-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  23. "Vugarixx - True Fantasy (Album Sampler) - YouTube". 2015-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  24. ""Тахмина и Заур" в современных ритмах DJ Vugarixx (ВИДЕО)". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  25. "«Тахмина и Заур» в новой композиции DJ Vugarixx - URBAN - Город, люди, события". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  26. "Təhminə və Zauru belə görmədiniz - VİDEO". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  27. ""Təhminə və Zaur" filmi DJ Vugarixx-in yeni mahnısında". 2017-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  28. "DJ Vugarixx презентовал клип на сингл «Тахмина и Заур» - ВИДЕО - 1NEWS.AZ". 2015-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.

Xarici keçidlər