Turan Yazqan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Turan Yazqan
Doğum tarixi
Doğum yeri İsparta
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri İstanbul
Vəfat səbəbi Xərçəng xəstəliyi
Dəfn yeri
  • Topqapı qəbiristanlığı[d]
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti Türk
Təhsili İstanbul Universiteti
Fəaliyyəti müəllif
Fəaliyyət illəri 1980-2012
Tanınır Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prof. Dr. Turan Yazqan (1938, İsparta - 22 Noyabr 2012, İstanbul) — Türkiyə akademiki və yazıçısı. Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu

Həyatı və fəaliyyəti

Turan Yazqan 1938-ci ildə İspartanın Eğirdir ilçəsində anadan olub. İbtidai təhsilini Zəfər ibtidai məktəbində alıb. Orta təhsilini isə İstanbul Vəfa liseyində sonradan isə Kastamonu Liseyində davam etdirib. Orta təhsilini bitirdikdən sonra 1959-cu ildə İstanbul Universiteti İqtisad Fakültəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgərlikdən gəldikdən sonra bir neçə il müxtəlif vəzifələrdə işləyib. 1979-cu ildə iqtisad elmləri üzrə professor adını qazanıb. Turan Yazqan 1980-ci ildən etibarən qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri olub. 2000-ci ildə universitetdən təqaüdə çıxsa belə yenə Türk dünyası üçün işlər görməyə davam edib. Türk dünyasında və eləcə də Türkiyədə gördüyü işlərə görə 200-dən çox mükafat alıb[1].

Azərbaycandakı fəaliyyəti

1992-ci ildə Turan Yazqanın şəxsi təşəbbüsü ilə Bakıda Türk Dünyası Bakı Atatürk Liseyi[2]Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İşlətmə Fakultəsi açılmışdır[3].

Ölümü

22 noyabr 2012-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişən Turan Yazqan "Eski Kozlu" qəbiristanlığında dəfn olunub.

Fikirləri

" Bu Vəqfin qurduğu məktəblər heç zaman şəxsi mənfəət, ucuz şan-şöhrət dalınca qaçmadı. Çünki Turan hocanın bir məqsədi vardı Türk dünyasına xidmət etmək, Türk dünyası üçün yararlı, gerçək türk ruhuna sahib insanlar yetişdirmək. "

Xatirəsi

Ölümündən sonra Türk Dünyası Araşıdırmaları Vəqfi "Turan Yazqan" mükafatı təsis edib. Və hər il Türk dünyasına, türklüyə xidmət edən bir şəxsə bu mükafat verilir[4].

Xarici keçidlər

İstinadlar

  1. "Turan Yazqan" (türk. ). http://web.archive.org. 27 oktyabr 2011. 27 oktyabr 2011 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
  2. "Türk Dünyası Bakü Atatürk Lisesi". 2018-10-01 tarixində orijinalından arxivləşdirilib.
  3. "Türk Dünyası Bakü İşletme Fakültesi". 2019-01-29 tarixində arxivləşdirilib.
  4. "Prof. Dr. Turan Yazgan Ödülü Mustafa Cemil Kırımoğlu'na Verildi" (türk. ). www.istanbul.edu.tr. 9 dekabr 2013.