Prof. Dr. Turan Yazqan (1938, İsparta - 22 Noyabr 2012, İstanbul) — Türkiyə akademiki və yazıçısı. Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu
Turan Yazqan | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İsparta |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | İstanbul |
Vəfat səbəbi | Xərçəng xəstəliyi |
Dəfn yeri |
|
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Türk |
Təhsili | İstanbul Universiteti |
Fəaliyyəti | müəllif |
Fəaliyyət illəri | 1980-2012 |
Tanınır | Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu |
Vikianbarda əlaqəli mediafayllar |
Turan Yazqan 1938-ci ildə İspartanın Eğirdir ilçəsində anadan olub. İbtidai təhsilini Zəfər ibtidai məktəbində alıb. Orta təhsilini isə İstanbul Vəfa liseyində sonradan isə Kastamonu Liseyində davam etdirib. Orta təhsilini bitirdikdən sonra 1959-cu ildə İstanbul Universiteti İqtisad Fakültəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgərlikdən gəldikdən sonra bir neçə il müxtəlif vəzifələrdə işləyib. 1979-cu ildə iqtisad elmləri üzrə professor adını qazanıb. Turan Yazqan 1980-ci ildən etibarən qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri olub. 2000-ci ildə universitetdən təqaüdə çıxsa belə yenə Türk dünyası üçün işlər görməyə davam edib. Türk dünyasında və eləcə də Türkiyədə gördüyü işlərə görə 200-dən çox mükafat alıb[1].
1992-ci ildə Turan Yazqanın şəxsi təşəbbüsü ilə Bakıda Türk Dünyası Bakı Atatürk Liseyi[2] və Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İşlətmə Fakultəsi açılmışdır[3].
22 noyabr 2012-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişən Turan Yazqan "Eski Kozlu" qəbiristanlığında dəfn olunub.
Bu Vəqfin qurduğu məktəblər heç zaman şəxsi mənfəət, ucuz şan-şöhrət dalınca qaçmadı. Çünki Turan hocanın bir məqsədi vardı Türk dünyasına xidmət etmək, Türk dünyası üçün yararlı, gerçək türk ruhuna sahib insanlar yetişdirmək. |
Ölümündən sonra Türk Dünyası Araşıdırmaları Vəqfi "Turan Yazqan" mükafatı təsis edib. Və hər il Türk dünyasına, türklüyə xidmət edən bir şəxsə bu mükafat verilir[4].