Turizmin maddi-texniki bazası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətim da­imi etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdır. Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir.[1]

Turizmin maddi-texniki bazasına turizm tikililəri, onun texniki təhcizatı, nəqliyyat vasitələri və digər əsas fondlar daxildir. Maddi-texniki baza mütəşşəkkil turizmin inkişafının əsasını təşkil edir. Belə ki, turistlər tam kompleks xidmət göstərilməsi (yerləşdirilmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şərait yaradır.

Turizmin maddi-texniki bazasının tərkibi    

Turizmin maddi-texniki bazasının tərkibinə - turist firmaları (turopedratorlar və turagentlər), mehmanxanalar, turist bazaları, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığın kirayə məntəqələri, turist yollayırın (putyovka) satış büroları, nə­zarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit Bakı 2003