Turnefor dağdağanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Turnefor dağdağanı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması

Ukrayna, Əfqanıstan, Şimali, Afrika, Kiçik Asiya, Sicilya adası və Cənubi Balkan ölkələrində təbii arealları vardır.

Azərbaycanda yayılması

Naxçıvan MR-ın dağlıq bölgələrdə (İlandağ, Darıdağ) rast gəlinir.

Statusu

Azərbaycanın nadir bitki növüdür. CR A1ab; B1b (i,iii,iv).

Bitdiyi yer

Əsasən quru, daşlı-qayalı torpaqlarda təbii halda bitir.

Təbii ehtiyatı

Təbii ehtiyatı Azərbaycanda çox deyildir.

Bioloji xüsusiyyətləri

Turnefor dağdağanı təbiətdə 5–10 m hündürlüyü olan ağacdır. Bitkinin cavan budaqları açıq qəhvəyi və ya sarımtıl rəngdə olub, tüklüdür. Yarpaqları 3-7 sm uzunluğunda, ucu sivri və yarpaqlarının qaidə hissəsi ürəkvaridır. Bitkinin yarpağının üst hissəsi tündyaşıl, alt üzü isə mavi ya tündyaşıl rəngdədir. Yarpaqlarının çoxu tüksüz, bəzən isə tüklü olur. Yetişmiş meyvələrinin rəngi sarımtıl-qırmızı olur. Dağdağanın digər növlərinə nisbətən quraqlığa daha davamlıdır. Meyvələri şar formalıdır.

Çoxalması

Əsasən toxumla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Park və bağlarda becərilir. Geniş becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə olunur.

Ədəbiyyat

  • Деревья и кустарники СССР. Т.4. 1951.;
  • Флора Азербайджана. т.6.1955;
  • Azəraycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008;
  • Naxçıvan MR florasının taksonomik spektrı.2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması.2011.
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in sutu və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011

Məlumat mənbəsi

  • Tofiq Məmmədov. Azərbaycan dendroflorası. II cild. Bakı: Səda, 2015.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine