Ukraynanın Belçika səfirliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ukraynanın Belçika səfirliyi
Koordinatlar50°46′42″ şm. e. 4°20′38″ ş. u.
YerBelçika Belçika
ÜnvanAlbert Lancasterlaan №30-32B, Brüssel,
SəfirNihola Toçishi
YurisdiksiyaUkrayna Xarici İşlər Nazirliyi
Saytwww.belgium.mfa.gov.ua

Ukraynanın Belçika səfirliyi (ukr. Посольство України в Королівстві Бельгії) — Ukraynanın Belçikanın Brüssel şəhərində yerləşən səfirliyi.

Vəzifələri

Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.

Tarixi

1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.

1992-ci il martın 10-da UkraynaBelçika dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb.[1] 1992-ci ildə isə Ukraynanın Belçika səfirliyi yaradıldı.

Ukraynanın Belçikada olan fövqəldə və səlahiyyətli səfiri Nihola Toçishidir. O, 2016-cı ildən bu vəzifədədir.

İstinadlar

  1. Ukraynanın Belçika səfirliyi. "Посольство України в Королівстві Бельгії". www.belgium.mfa.gov.ua (Ukraynanın Belçika səfirliyinin rəsmi saytı) (az.). 24.02.2021. 2021-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24.02.2021.