Universitet başçıları şurası (İsrail)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Universitet başçıları şurası (ivr.ועד ראשי האוניברסיטאות‏‎) — İsraildə universitetlərarası təşkilat. Tərkibinə İsraildə fəaliyyət göstərən yeddi İsrail universiteti daxildir.

Şura Israildəki ali təhsil sahəsində bütün ali məktəblər üçün ümumi olan siyasət, təhsil haqqının və müəllimlərin əmək haqqının, abituriyentlərin qəbulunun kriteriyalarının, beynəlxalq elmi əlaqələrin maliyyələşdirilməsinin həddinin müəyyən edilməsi, diplomların tanınması və s. məsələlərlə məşğul olur.

Şuraya psixoloji qəbul imtahanları keçirən və 1981-ci ildə yaranan İsrail imtahan və qiymət mərkəzi tabedir.

Şura hər kvartalda dərc olunan, şuranın və universitetlərin fəaliyyətini əks etdirən «Akademiya» Arxivləşdirilib 2009-09-15 at the Wayback Machine jurnalı buraxır.

Şuranın 2012-ci ildən prezidenti professor Menahem Ben-Sassondur (Qüdsdə Yəhudi Universitetinin prezidenti).

Şuranın sədrləri

  • prof. İtshaq Apeloyq (Yitzhak Apeloig) (2004—2009)
  • prof. Aaron ben-Zeyev (Aaron Ben-Ze'ev) (2009—2010)
  • prof. Rivka Karmi (Rivka Carmi) (2010—2012)
  • prof. Menahem Ben-Sasson (2012 - h.h.)

Həmçinin bax

Mənbə