Abituriyent (lat. abituriens; mənası – getməyə hazırlaşan)[1] — bir çox ölkələrdə orta təhsil müəssisəsini bitirən şəxs,[2] ali və ya оrta peşə-iхtisas təhsili müəssisəsinə qəbul оlunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəхs.[3][4]
XIX əsrin sonlarında abituriyent gimnaziya, realnı məktəb kimi ali təhsil müəssisəsinə keçmək üçün zəruri olan orta təhsil müəssisəsinin şagirdinin adı olmuşdur.[5] SSRİ-də 1950-ci illərdən, sonra isə postsovet məkanında bu termin fərqli bir məna qazanmış, orta ixtisas və ya ali təhsil müəssisəsinə daxil olan şəxsi ifadə etmişdir.[6]