Usta İmamqulu Qarabaği

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Usta İmamqulu Qarabaği
Doğum tarixi
Doğum yeri Şuşa
Fəaliyyəti rəssam, memar

Usta İmamqulu Qarabaği (1825-?), memar, nəqqaş

Həyatı

İmamqulu Məhəmmədəli oğlu 1825-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Memar, nəqqaş kimi Qarabağda ad qazanmışdı. O, ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində fövqəladə ustalıq qazanmışdı. Qarabağın bir çox məscidlərində, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda onun əl işlərini görmək olar. "Əməli-Usta İmamqulu" onun dəsti-xəttidir.

Ailəsi

Usta İmamqulu Şeyda ilə ailə qurmuşdu. İsmayıl, Mehdi, Nəsib adlı oğlanları vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Qarabağda sənət və incəsənət, "Şuşa", Bakı, 2010.

Həmçinin bax