Usta İmamqulu Qarabaği (1825-?), memar, nəqqaş
Usta İmamqulu Qarabaği | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Fəaliyyəti | rəssam, memar |
İmamqulu Məhəmmədəli oğlu 1825-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Memar, nəqqaş kimi Qarabağda ad qazanmışdı. O, ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində fövqəladə ustalıq qazanmışdı. Qarabağın bir çox məscidlərində, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda onun əl işlərini görmək olar. "Əməli-Usta İmamqulu" onun dəsti-xəttidir.
Usta İmamqulu Şeyda ilə ailə qurmuşdu. İsmayıl, Mehdi, Nəsib adlı oğlanları vardı.