Uzunsov danaayağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Uzunsov danaayağı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Uzunsov danaayağı (lat. Arum elongatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.

Qısa morfoloji təsviri

Çoxillik bitkidir. Kök yumruları yastıtəhərdəyirmidir.Gövdə yarpaq saplağından uzundur. Örtük neştərvaridir, uzanmışdır,xaricdən yaşıl və ya tünd qırmızıdır, sivri sonluğu gərilmişdir. Yarpaqları saplaqdan qısadır,uzanmış-nizəşəkilli formadadır, orta bölümü kütləşmişdir, uzunsovdur, kənardakılar 2-3 dəfə qısadır, qabarıq və ya geriyə qatlanmışdır. Qıça törəmələri iyşəkillidir, qısa saplaq üzərindədir, qalındır və uzunluğu 20 sm-ə qədərdir, örtükdən azacıq qısadır,bənövşəyi və ya tünd-qırmızı rəngdədir. May ayında çiçəkləyir və elə may ayında da meyvə verir.

Azərbaycanda yayılması

Otlu yamaclarda, dərələrdə, kolluqlarda və meşədə bitir. BQ (Quba), Qobustan, BQ şərq, Kür düzənliyi, KQ (hər yerində) Naxç. dağlıq, Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

Otlu yamaclarda,kolluqlarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Bitkinin bütün hissələrində zəhərli maddə vardır. Kök yumruları nişasta ilə zəngindir, quruduqdan sonra öz zəhərli təsirini itirir və qida üçün yararlı olur.

İstinadlar

Həmçinin bax