Valyuta riskləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Valyuta riskləri (ing. exchange rate exposure) - xarici ticarət, kredit, valyuta əməliyyatları, fondəmtəə birjalarında əməliyyatlar aparılarkən xarici valyutanın milli valyutaya nisbətən məzənnəsinin dəyişməsi ilə əlaqədar valyuta itkiləri təhlükəsi.[1]

Valyuta risk amilləri

Bu təhlükə açıq valyuta mövqeyi olduqda yaranır. İxracatçılar və idxalatçılar üçün valyuta riskləri, qiymət valyutası onlar üçün xarici valyuta olduğu halda yaranır. Onlar kontraktın bağlanması ilə kontrakt üzrə ödəniş arasındakı müddətdə maddi itkiyə məruz qala bilərlər. Lakin məzənnələr əks istiqamətdə dəyişdikdə ixracatçılar və idxalatçılar ziyana düşür. Əgər borcluların borcu və kreditorların krediti başqa ölkələrin valyutası şəklində ifadə edilmişdirsə, borclular və kreditorlar, xarici valyuta şəklində avuarlann saxlayıcılan, dövlət təşkilatlan və banklar, eləcə də ölkələrin rəsmi valyuta ehtiyatlan valyuta risklərinə məruz qala bilərlər. Ölkələrin valyuta risklərindən müdafiə vasitəsi, ilk növbədə, forvard kontraktlan və svoplar haqqında sazişlərdir. Valyuta risklərini minimallaşdırmağın əsas istiqamətləri: tədiyə valyutası kimi milli valyutadan istifadəsi, müqaviləyə valyuta məzənnəsinin dəyişməsindən asılı olaraq pul öhdəliklərinin dəyişməsi haqqında şərtlər daxil edilməsi, valyuta fyuçerslərinin köməyi ilə hecirləmə.[1]

Valyuta risklərinin növləri

Valyuta risklərinin üç növü fərqləndirilir:

İqtisadi risk

Gələcəkdə valyuta məzənnəsinin dəyişməsi nəticəsində aktivlərin və passivlərin dəyəri dəyişə bilər. Bu, səhmləri və ya borc öhdəlikləri xarici valyuta şəklində gəlir gətirən kənar investorlara da aiddir.

Köçürmə riski

Firmanın aktivlərinin və passivlərinin xarici valyuta şəklində mühasibat uçotundaki fərqlərlə bağlıdır. Əgər şirkətin aktivlərinin ifadə edildiyi valyutanın məzənnəsi azalarsa, onların dəyəri də azalır.

Əqdlər riski

Xarici valyuta ilə konkret əməliyyatlar üzrə zərər yaranması ehtimalı. Bu ehtimal həm ticarət kontraktları bağlanarkən, həm də kreditlər alman və verilən anda yaranır.

İstinadlar

  1. 1 2 ZİYAD ƏLİABBAS oğlu SƏMƏDZADƏ. BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA (PDF). V SŞTUÜVYZ. Bakı. 2012. səh. 287-288.