Vaqif Vəliyev (ədəbiyyatşünas)
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Vaqif Vəliyev | |
---|---|
Vəliyev Vaqif Əli oğlu | |
Doğum tarixi | 31 dekabr 1924 |
Doğum yeri | Pirili, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 19 sentyabr 1998 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Vəliyev Vaqif Əli oğlu (31 dekabr 1924, Pirili, Qazax qəzası – 19 sentyabr 1998, Bakı) — ədəbiyyatşünas, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1972), professor (1976). Ülviyyə Hacıbəyovanın (Vəliyeva) atası, Soltan Hacıbəyovun qudası, İsmayıl Hacıbəyovun qaynatasıdır. Pirili kəndindəndir, Qazax rayonununda anadan olub.
Həyatı
Vaqif Vəliyev 1924-cü il dekabrın 31-də Qazax qəzasının Pirili kəndində doğulmuşdur. Qazax şəhər 1 saylı orta məktəbində təhsil almışdır (1932-1941). Əmək fəaliyyətinə Azərbaycan KP MK Qazax rayon Partiya Komitəsində texniki katib kimi başlamışdır (1941). Sovet Ordusu sıralarında xidmət etmişdir (1943-1949), ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1949-1954). Orada aspiranturaya daxil olmuş, "Səməd Vurğunun poemaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1957), Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir (1958-ci ildən). "Azərbaycan folkloru janrları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1972), 1976-cı ildən həmin kafedranın professoru kimi fəaliyyət göstərmişdir. Dövri mətbuatda şifahi xalq ədəbiyyatı problemlərinə dair vaxtaşırı məqalələri çıxmışdır. "Ayrım bəzəmələri" (1983) və "Bayatılar" (1985) kitablarını toplayıb tərtib etmişdir.
1998-ci il sentyabrın 19-da vəfat etmişdir.
Əsərləri
- 1.Azərbaycan xalq dastanları. Bakı: ADU-nun nəşriyyatı, 1968,
- 2.Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: ADU-nun nəşriyyatı, 1970, 439 səh.
- 3.Azərbaycan qəhrəmanlıq dastanları. Bakı: ADU-nun nəşriyyatı, 1980, 76 səh.
- 4.Qaynar söz çeşməsi. Bakı: Yazıçı, 1981, 150 səh.
- 5.Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 411 səh.