Vayxırlı Məmmədcəfər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vayxırlı Məmmədcəfər
Doğum tarixi XIX əsr
Doğum yeri
Vəfat tarixi XX əsr
Fəaliyyəti aşıq, şair
Vikimənbənin loqosu Vayxırlı Məmmədcəfər Vikimənbədə

Vayxırlı Məmmədcəfər (XIX əsr, Türkeş, Şahbuz rayonuXX əsr) — aşıq.

Həyatı

Şahbuz rayonunun Tirkeş kəndində anadan olub.[1]

Vayxırlı Məmmədcəfər XIX əsrin ikinci yarısı-XX əsrin 30-cu illərində yaşayıb.

Yaradıcılığı

Yaradıcılığının bədii istiqaməti

Ədəbi irsindən bir neçə qoşma,təcnis, satirik şeir və "Məmmədcəfər-Səhnə xanım" dastanının deyişmə hissəsi qalmışdır. Əldə olan nümunələrdən Vayxırlı Məmmədcəfər orijinal üslüba malik sənətkar olduğu görünür. İctimai mövzulara daha çox meyl etmiş,şeirlərində ancaq şəxs mənfəətini düşünən ruhanilərin, hakim təbəqələrin bəd əməllərini ifşa etmişdir. Onun tənqid hədəfləri real həyati şəxslərdir (Dəmirçi kəndinin koxası haqqında həcvsayağı şeiri və s.). Bu cəhət Vayxırlı Məmmədcəfəri XIX əsrin realist-satirik Azərbaycan şairlərinə yaxınlaşdırır.[2]

Ədəbiyyat

  • Qədimov Ə., Aşıq Məmmədcəfər,Şərq qapısı qəzeti,1977,7 dekabr;
  • Azərbaycan folkloru antologiyası.c.1, Naxçıvan folkloru,Bakı.,1994

Xarici keçidlər

İstinadlar

  1. Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.
  2. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 572. ISBN 5-8066-1468-9.