Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir.[1]
Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır[2]. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir[3]. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.
Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir.
Məlumdur ki, "varsaq"[4] sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır[5].
Fəxri ad (ünvan) kimi "Aşıq" artıq XII əsrdən məlumdur və ilk dəfə bu ada türk sufiliyinin təməl daşını qoyan şair Əhməd əl-Yasəvinin (1105–1166)[6] yaradıcılığında rast gəlinir.
"Aşıq" adı ilə ümumtürk şerinin ən görkəmli simaları — Aşıq Paşa (XIII əsr), Aşıq Çələbi və Aşıq Əhməd (XVI–XVII əsrlər), Aşıq Abbas Tufarqanlı (XVIII əsr) və bir çox başqaları tarixdə silinməz iz qoymuşlar.
Orta əsrlərin türk-ərəb-fars tərkibli Şərq mədəniyyəti də "aşıq" anlayışının müasir mənalandırılmasına öz təsirini göstərmişdir.
Məsələn, ən qədim zamanlarda türklər — hunlar, xəzərlər, altaylılar, oğuzlar və başqaları işığı, suyu, yeri, göyü və təbiətin digər ünsürlərini ilahiləşdirər, onlara tapınarmışlar.
Qədim türklər işığın (is, iş, qor, od) suda əriməsindən dünyanın yarandığını guman edərmişlər. Türk mifoloji təsəvvürlərini araşdıran tanınmış alim Fuad Köprülüzadə belə nəticə çıxarır ki, "aşıq" sözü türkcə "işıq" sözünün törəməsidir.
Məşhur şərqşünas — alim, türkoloq Vl. Qordlevski də qeyd edir ki, "qələndərləri"[7] "işıq" da adlandırırdılar və bu deyim XVI əsrdə geniş yayılmışdı. "Qələndəriyyə" — mistik-tərki-dünya sufi təriqətlərindən biridir və XI əsrdən gec olmayaraq Xorasan və Türküstanda geniş yayılıbmış. Ev və ailə nə olduğunu bilməyən qələndərləri camaat "Allah adamı" hesab edərmiş.
Vl. Qordlevski davam edərək yazır: "Çox ola bilər ki, burada iki sözün — "işıq" və "aşiq" (ərəbcə, "Allah eşqi ilə odlanan") sözlərinin kontaminasiyası (iki ifadənin birləşərək yeni ifadə əmələ gətirməsi) ilə qarşılaşırıq, yəni "işıq" sözü sufi anlayışının xalq etimologiyasıdır. XVI əsrin başlanğıcından qələndərləri "dərviş" adlandırırdılar. Dünyanı gəzib-dolaşan dərvişlər dağ başına çıxıb ocaq yandırarmışlar. Aşağıdakı dübeyt belə yazmaya əsas verir:
"Aşıq" anlayışının sufi təriqətləri ilə bağlılığı bir çox tarixi faktlarla təsdiqlənir. Sənədlərdən mə’lum olur ki, XIII əsrin sonu — XIV əsrin başlanğıcında oturaq və köçəri türk əhalisi arasında geniş yayılan "bəktaşiyyə" sufi təriqətində istər təriqətə qəbul edilmiş aşıq-mühitlərə, istərsə də onlarla əlaqədə olan digər aşıqlara rast gəlinirdi[10].
Bundan başqa, Qəznəvilər (999–1040). Səlcuqlar (XI–XII əsrlər) və Qaraxanilər (XI–XIII əsrlər) dövründə çox nüfuzlu din xadimlərini, sufi təriqəti, ticarət və sənətkarlar birlikləri başçılarını, eləcə də müdrikləri və tanınmış alimləri "şeyx" ("şıx") adlandırırdılar. Bu baxımdan böyük şair Nizami Gəncəvinin "Şeyx Nizami" kimi tanınması onun "axilər" təriqətinə mənsub olduğu ilə izah edilə bilər. Öz növbəsində mə’lumdur ki, Sə’di Şirazi (yaxud "Şeyx Sə’di") 20 il dərviş libasında müsəlman aləmini gəzib-dolaşıbmış.
Tarixin yaddaşında daha bir maraqlı fakt vardır. XVI əsrdə türk aləmində hərbi himnlər geniş yayılmışdı. janr baxımından "türkü" adlanan və Şah İsmayıl Xətaini tərənnüm edən bu "türkü"-himnlərin yaradıcılarını "aşiq" adlandırırdılar. Eyni zamanda xalq arasında həmin sənətkarları "a şıx" deyə çağırardılar. Sonralar fəxri "aşıq" adı saz-söz sənətkarlarının adına əlavə olundu. Məsələn, Aşıq Ələsgərin ustadı Alıya "şıx Alı" da demişlər[11].
Türkmənlər, özbəklər, qırğızlar, qazaxlar aşığa "baxşı" ya da "akın" deyirlər.
Ermənilər aşığa "qusan" deyirlər. Bu, türkmənşəli "ozan" sözünün törəməsidir, "uz" (uzlaşdırmaq) kökündən əmələ gəlib[12]. Erməni qusanlarının yaradıcılığı əsasən Azərbaycan türk aşıqlarının mahnı və dastanlarının erməni dilinə çevirib oxumaqdan ibarət olub.[13][14]
Gürcülərin aşıq sənəti, ermənilərdə olduğu kimi, ölüb. Tanınmış gürcü aşıqları: Aşıq Sefil Lado, Aşıq Nika, Aşıq Nodar.[15]
Sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar üç yerə bölünür[1][16]:
Aşıq sənətində şifahi şəkildə ənənələrin ötürülməsi əsas cəhətlərdəndir.
12 Azərbaycan aşıq məktəbindən (Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Qaradağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd[17]) hazırda doqquzu qalıb: İrəvan, Göyçə və qismən Çıldır aşıq məktəbləri azərbaycanlıların 1905–1918, 1948–1950, 1987–1988 illərdə Ermənistan ərazisindəndeportasiyası ilə bağlı artıq yoxdur[18]. Borçalı, Çıldır və Urmiya aşıqları ancaq təklikdə çıxışa üstünlük verdikləri halda, Tovuz, Gəncə-Şəmkir, Qaradağ sənətkarları həm təklikdə, həm cüt, həm də balabançı ilə məclis keçirirlər. Ayrı-ayrı aşıq məktəbləri ustadlarının:
Türk xalqlarının sazları bir birindən ciddi fərqlənmir. Əsas fərq ifa tərzindədir: barmaq ya təzənə (mizrab) ilə. İranın Türkmənistana yaxın bölgələrində sazı, dutar kimi, barmaqla çalırlar. Digər bölgələrdə — təzənə ilə.[18] Türkiyə türkcəsində sazın barmaqla çalmaq texnikasına "şelpe" yaxud "dövme" deyirlər.[19]
2009cu ildə Azərbaycan aşıq sənəti YUNESKOnun bəşəriyyətin toxunulmaz mədəni irs listəsinə daxil edilmişdir.[21]