Venera məbədi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Venera məbədinin 3 sütunu.

Venera məbədi (latınca:Templum Veneris Genetricis), Romada Sezar Forumunda Roma ilahəsi Veneraya həsr edilmiş məbəddir.

Tikilməsi

Məbəd e.ə 46-ci ildə Yuli Sezar tərəfindən tikdirilmişdir. Başlanğıcda Sezar məbədi Venus Victrix (Müzəffər Venera) adına tikdirməyi planlamışdı, lakin e.ə. 48-ci ildəki Farsal döyüşünə görə inşaat ertələnmişdi. Sonradan Sezar, məbədi mənsubu olduğu Julius ailəsinin əcdadı qəbul edilən Aeneasın anası Venera Genetrixə (analığın və məişət həyatının ilahəsi Ana Venera) həsr etməyi qərara almışdır.

Trayan restovrasiyası zamanı yaradılan nümunə.

Yerləşməsi və restovrasiyalar

Məbəd Roma şəhərində yeni tikilmiş olan Sezar Forumunda inşa edildi. Forum boyunca uzanan divarın sonunda yerləşirdi. Bu romalıların etrusklardan aldığı bir ənənə idi və Roma imperiyası boyunca standart memari xüsusiyyət halına gəlmişdi. Bu sahə 80-ci ildə baş verən yanğından ziyan görmüşdü. Daha sonra məbəd Domitianus tərəfindən yenidən inşa edilmiş və 113-cü ildə Trayan tərəfindən restavrasiya edilmişdi. Bu günə qədər qalan 3 sütun bu restovrasiyadan qalanlardır.

Həmçinin bax

İstinadlar