Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodor. Sütun Ulpiya bazilkasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həmdə iki böyük kitabxana arasında yerləşir:yunan və latın kitabxanası[1][2]
Trayan sütunu | |
---|---|
Colonna Traiana | |
41°53′45″ şm. e. 12°29′03″ ş. u. | |
Ölkə | İtaliya |
Şəhər | Roma |
Yerləşir | Trayan forumu |
Memar | Dəməşqli Apollodor |
Sifarişçi | Trayan |
Tikilmə tarixi | 113 |
Üslubu | Qədim Roma memarlığı |
Material | mərmər |
Rəsmi sayt | stoa.org/trajan/ |
Rəsmi adı: Historic Centre of Rome, the Properties of the Holy See in that City Enjoying Extraterritorial Rights and San Paolo Fuori le Mura | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1980 |
İstinad nöm. | 91 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Trayan Mark Ulpi İspan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir [3]. Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada(Müasir Rumuniya ərazisi), Şimali Ərəbistanda, Parfiyada və Romaya əvəzolunmaz tövhələr vermişdir. Onun zamanında Roma heç bir vaxt bu səviyyəyə gəlməmişdir, imperiyanın sərhədləri bu qədər genişlənməmişdir. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu. 1588-ci ildə isə V Skist sütunda Müqəddəs Pyotrun heykəlini ucaltdı[4]. Sütun 113-cü ildə inşa olunub[5].
Trayan öldükdən sonra onun və yoldaşının kül urnada sütunun içərisində yerləşdirildi. 1900 il orjinallığını qorumuş və heç bir rekanustruksiyaya məruz qalmayan Trayan sütunu Roma şəhərinin simvollarından biri hesab olunur.
Postamentin hündürlüyü 5,27 metr, eni 5,5 metrdir. Postamentin fundamentini travertin təşkil edir[6]. Postament üç tərəfədən trofey barelyefi ilə bəzədilib. Dört küncdə duran qartallar dəfinə əkilini saxlayır. Postament daxilinə iki bölmə var; pilləkənlərə gedən bölmə və Trayanın urnasının yerləşdiyi otaq[7].
Sütunun postamenti.
Sütunun aşağı hissəsinin en kəsiyi.
Piraneziyə görə postamentin girişinin dizaynı. 1774.
Postamentin yandan görünüşü.
Girişdəki yazının daha aydın görünüşü.
Maraqlıdır ki, Trayan sütunun özündə heç bir yazı yoxdur. Ancaq postamentdə, girişin üstündə yeganə yazı nümunəsi var[8]. Şəkildəndə aydın görsənir ki, yazının sonuncu sətri zədələnib, ancaq bu mətnin bərpasında elə bir çətinlik yaratmayıb.
SENATVS•POPVLVSQVE•ROMANVS |
Hündürlüyü 39,86 metr olan bu sütun əslində 100 - lük simvol hesab olunur. Romada 100 fut 29,78 metrdir(sütun üzərinə qoyulmuş postamenti nəzərə almasaq)[9]. Sütunun diametri 3,69 metrdir. O 18 blokdan ibarətdir[6]. Blokların hər birinin çəkisi 29-33 tondur[10]. Daxilində olan 185 pilləkən sonda sütunun kapitelisi ilə yekunlaşır. Sütuna 28 dəfə papirus örtüyü spiral formasında dolandırılıb. Ümumi uzunluğu 190 m, hündürlüyü 1 metrdir[7].
Şimaldan görünüş
Şərqdən görünüş
Cənub-şərqdən görünüş
Cənubdan görünüş
Cənub-qərbdən görünüş
Qərbdən görünüş
Sütun frizində 155 səhnə, 2570 personaj göstərilib(634-dü dakiyalılar)[11]. Hər səhnə konkret bir hadisəni ifadə edir. Təsvirlərdə təkcə döyüş səhnələri deyil, həm də yerdəyişmə, tikinti, söhbət və s tipli səhnələrdə var[12]. Təsvirlərdə arxa fonda qala, kənd, körpü, qayalıq, meşə və s.tipli rəsimlərdən istifadə olunub[11]. Təsvirlərdə həmdə zaman və məkan anlayışıda düzgün şeçilib. Aşağıdan yuxarıya doğru təsvirlər xronoloji ardıcillıqla düzüllüb. Gecə, hava şəraiti və illərdə təsvirlərdə diqqəti cəl edir[13]. Təsvirlərdə həmdə simvol və şərtilik gözə çarpır. Hər hansı əsgər fiquru bütün bir bölüyü və ya bir ağac bütov bir meşəni simvolizə edir. Ehtimal olunur ki, təsvirləri heç də tək bir sənətkar işləməyib.
Daxili boş olan sütunun içində spiral şəkilli pilləkənlər var. Tam dövrə vurmaq üçün 14 pilləkəndən istifadə olunur. 43 düzbucaqlı pəncərələr içərini işıqlandırır[14].
Trayan sütün frizində 59 dəfə təsvir olunub. Hər səhnədə o tək yox insanların əhatəsində görsənir. Təsvirlərdə bir liderə məxsus bütün cəhətlərin Trayanın simasında əks olunmasına çalışılıb; müdrüklük, hərbi bacarıq, natiqliq qabiliyyəti, yüksək insanı hislər və s. Tütün təsvirlərdə Trayan ətrafakılarla ünsüyyətdə və daha çox qolunun bükülmüş pozası diqqəti cəl edir[10].
Yeni düşərgənin salınması
Roma qoşunları irəlləyir
Aşağıda, solda Trayan. Tikintidə göstərişlər verir
Daklarla döyüş