Viça zirinci

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Viça zirinci
Elmi təsnifat
Beynəlxalq elmi adı

Viça zirinci (lat. Berberis veitchii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Orta Asiya və Qərbi Çindir.

Botaniki təsviri

Həmişəyaşıl koldur. Budaqları təxminən silindrik olur, cavan budaqları qırmızımtıl və yaşlandıqda sarımtıl-bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2-5 sm-dir. Yarpaqları lansetvari, uzunluğu 6-12 sm, kənarları iti dişli, üstü tünd-yaşıl, alt tərəfi açıq, dərilidir. Çiçəklərin diametri 1 sm olmaqla, 4-8 ədəd dəstələrə yığılmışdır. Meyvələri uzunsov, uzunluğu 1-1,2 sm, qaradır.

Ekologiyası

Abşeronun iqlim şəraiti üçün yararsız olan şümşadın yaxşı əvəzedicisidir. Bu kol parlaq günəşə üstünlük verir, ancaq yankölgədə yaxşı nəticələr əldə edə bilər.

Azərbaycanda yayılması

Abşeronda, İsmayıllıda, Qəbələdə, Lənkəranda mədəni şəraitdə park və bağlarda becərilir.

İstifadəsi

Bu kollardan ibarət cəpərlər yaxşı budanır və kollara baxımlı görünüş verir. Tək və qrup əkinlərdə, alpinarilərdə istifadə edilir.

İstinadlar

Həmçinin bax