Viktor Şulman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Viktor Şulman
Viktor Şulman Semenoviç
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Həyat yoldaşı Tatyana
Uşağı Zoya

Viktor Şulman — Azərbaycanın tanınmış jurnalisti, “Azərbaycanın əməkdar jurnalisti” (2005)

Həyatı

Viktor Şulman 1946-cı ildə Bakıda anadan olub.

Fəaliyyəti

Əmək fəaliyyətinə Şirvan şəhərinin (o vaxtkı Əli Bayramlı) rus dilində çıxan “Mayak” qəzetində işləyib. 1993-cü ilə kimi orada çalışıb, sonradan uzun illər “AzərTAc”da işləyib. 1993-cü ildə isə “İTAR-TASS”ın Azərbaycandakı xüsusi müxbiri olub və həyatının sonuna kimi burada işləyib.

Viktor Şulman Qarabağ hadisələrini birbaşa münaqişə zonasından işıqlandırıb. 2005-ci ildə ona “Azərbaycanın əməkdar jurnalisti” adı verilib.

Vəfatı

8 sentyabr 2012-ci ildə Rusiyanın “İTAR-TASS” informasiya agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Şulman vəfat edib[1].

İstinadlar

  1. "Azərbaycanın tanınmış jurnalisti vəfat edib". 2012-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.