Şirvan şəhəri


Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır.[2]

Respublika tabeli şəhər
Şirvan
39°55′55″ şm. e. 48°55′13″ ş. u.HGYO
Ölkə
Region Şirvan-Salyan iqtisadi rayonu
Başçı İlqar Abbasov
Tarixi və coğrafiyası
Sahəsi 70[1]
Mərkəzin hündürlüyü 12 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 87.946 nəfər
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1800
Nəqliyyat kodu 18
Digər
shirvan-ih.gov.az
Şirvan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır.[3] 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər[4], əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin HacıqəhrəmanlıBayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir.

Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.

Azərbaycanı istila edən rus generalı Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki Çılpaqlı kəndi Zubovka adlandırılmışdır.

1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. II Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30 minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı, keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər.

Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. İlk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar. Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi.[5]. Qəsəbədəki rusların sayı sonrakı illərdə artaraq 3 min nəfərə çatdı. Onlar bura əsasən sənaye müəssəsisələrinin tikintisi üçün köçürdülər.

1938-ci ildə Zubovka adı Əli Bayramovun şərəfinə Əli Bayramlı adı ilə əvəz edilir. 2008-ci ildə şəhərin adı tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı. Şirvan şəhəri tarixi boyunca çayın yaxınlığında yerləşməsi və şəhərin əksəriyyətinin nisbətən aşağıda olmasından ötəri daşqınlardan əziyyət çəkirdi.

28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. 1950-ci illərin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyulun 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələndi. O vaxt həmin quyunun hasilatı sutka ərzində 40 ton idi. Neft mədəninin kəşf edilməsi ilə şəhərin iqtisadi əhəmiyyəti artmağa başladı və 1963-cü ildə Şirvan respublika tabeli şəhər statusunu aldı. 1956–1968-ci illərdə indiki Şirvan şəhərində Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikildi.[6]

# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Şirvan şəhər bələdiyyəsi 69861
2 Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsi 2600
3 Cəmi 72461

məməlilər: adi tülkü, boz dovşan,ev iti, ərəbdovşanı, şərqi avropa kirpisi,ev pişiyi, adi çaqqal, adi canavar,safsar,qamışlıq pişiyi,gəlincik,yarasa,boz siçovul,ev siçanıhindistan tirəndazı.

quşlar: dam xarabaçılı,çöl göyərçin, ev sərçəsi, quzğun, adi sağsağan, yaxalıqlı qurqur və daha çox növlər.

sürünənlər:gürzə,su ilanı,xəzər gekkonu,cəld kərtənkələcik,koramal,aralıq dənizi tısbağası,,bataqlıq tısbağası,xəzər tısbağası

suda-quruda yaşayanlar: göl qurbağasıyaşıl quru qurbağası

böcəklər:arı,milçək,qarışqa,çəyirtkə və.s

balıqlar: çəki,ilanbalığı,naqqa və.s

flora: kol, qamış, yulğun, böyürtkən, iti cığ, adi durnaotu, mamır, dovşankələmi və.s

Fəsil Payız Qış Bahar Yay
Ay Sen Okt Noy Dek Yan Fev Mar Apr May İyn İyl Avq ildə
Orta maksimum °C 26 19 13 8 6 7 11 18 23 28 31 30 18
Orta temperatur °C 22 16 12 6 4 4 7 14 19 24 27 26 15
Orta minimum °C 17 11 6 2 -3 -4 3 9 13 18 21 20 10
Dumanlı Günlər 0 0 1 0 9 7 2 0 0 0 0 0 19
Yağıntı mm. 17 37 33 25 23 40 32 33 28 20 5 8 302
Rütubətlilik % 69 77 68 76 78 80 74 70 66 61 57 62 70
Küləyin Sürəti Km/s 8 8 8 8 9 9 9 9 9 8 8 8 9
İşıqlı Vaxt Müddəti saat 13 12 11 10 10 11 12 12 15 16 15 14 13
Çiy nöqtəsi temperaturu °C 16 12 6 2 0 1 3 8 13 16 18 18 113
Aktiv temperatur cəmi °C 369 186 66 0 0 0 0 117 279 417 521 493 2448
Günəş radiasiyası Mj/m2 15 10 7 6 7 10 13 17 20 22 22 19 14
İl Sayı
1939 3.066 [7]
1959 13.427 [8]
İl Sayı
1970 33.828 [9]
1979 41.583 [10]
İl Sayı
1989 58.253 [11]
1999 69.500
İl Sayı
2009 77.060
2019 86.500

İqtisadi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.

Foto məlumatlar

[redaktə | mənbəni redaktə et]

Şirvan şəhəri 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine

Şirvan şəhərinin musiqi məktəbi indiyə qədər ölkədə musiqi kadrlarının yetişdirilməsində, uşaq və gənclərin musiqi tərbiyəsində, insanlara mədəni xidmət göstərilməsində çox dəyərli işlər görmüşdür. Şirvan uşaq musiqi məktəbi 40 illik fəaliyyəti ərzində yalnız şəhərin deyil, ümumən respublikanın musiqi-mədəni tərəqqisinə xidmət etmişdir.

Son vaxtlar şəhərdə təhsilə xüsusi diqqət ayrılmışdır. Bunun məntiqi nəticəsidir ki, 2008-ci ildə ali məktəblərə qəbul zamanı imtahanlardan maksimum 700 bal toplamış 6 abituriyentdən biri də bu şəhərdəndir. 3 abituriyent isə prezident təqaüdünə layiq görülmüşdür.

"Energetik Əli-Bayramlı FK" futbol klubu — Şirvanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 1992-ci ildə keçirilən ilk turnirə qatılan "Energetik" 17 xal ilə 24-cü yeri tutmuşdur.

Şirvan Olimpiya İdman Kompleksi (rəsmi adı: "Şirvan Olimpiya İdman Kompleksi" MMC) — Azərbaycan Respublikasının Şirvan şəhərində yerləşən olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumdur

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-19.
  2. "Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
  3. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8
  4. "Əhalisi | Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti". shirvan-ih.gov.az. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  5. "VAHİD MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA PORTALI". shirvan.cls.az. 2018-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
  6. "Şirvan şəhərinin tarixinə yeni səhifələr yazılır". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11.
  7. SSRİ əhalisinin siyahıya alınması (1939).
  8. SSRİ əhalisinin siyahıya alınması (1959).
  9. SSRİ əhalisinin siyahıya alınması (1970).
  10. SSRİ əhalisinin siyahıya alınması (1979).
  11. SSRİ əhalisinin siyahıya alınması (1989).