Vitis ficifolia

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vitis ficifolia
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vitis ficifolia (lat. Vitis ficifolia) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki cinsi.

Çox yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 76,0%; salxımların sayı 28 ədəd; bar əmsalı 0,60; məhsuldarlıq əmsalı 0,8-dir. Salxımların orta kütləsi 180,6-362,0 qr, kolun məhsuldarlığı 5,0-10,0 kq, hektardan məhsuldarlıq 111,0-222,2 s/ha arasında tərəddüd edir. Giləsində şəkərlilik 17,0-19,2 q/100 sm3, titrlə-nən turşuluq 3,62-5,12 q/dm3 arasında dəyişir.[1]

Yarpaqları

Yarpaqları iri və çox iri (uzunluğu 18-24 sm, eni 14-20 sm),oval, yumurtavari formada olub, müstəvisi dalğavarıdir. Üst səthi hamar olub, tünd-yaşıl rəngdədir. Kəsikləri dərin olub, yuxarı kəsikləri açıq, yaxud bağlı, liraşəkilli və ya ellipsvari formadadır.

Meyvəsi

Salxımları iri və çox iri ölçüdə (uzunluğu 18-27 sm, eni 12-16 sm), konusvarı, enli-konusvarı, tək–tək hallarda silindrik formada olub, seyrək, orta sıxlıqda və sıxdır. Gilələri iri və çox iri (uzunluğu 20–28 mm, eni 15–18 mm), uzunsov formada, simmetrik, ağ, tam yetişdikdə qızılı, yaxud açıq-çəhrayı rəngdə olur.

Qabığı qalın və elastik olub, üzəri mum təbəqəsi ilə örtülmüşdür. Ləti sıx, xırtıldayan olub, kifayət qədər şirəlidir. Dadı xoşagələn və harmonikdir. Giləsində 2-4 toxum vardır.

Abşeron şəraitində vegetasiya müddəti 152-156 gün arasında dəyişir. Gilələri sentyabr ayının II ongünlüyündə tam yetişir. Tənəklərinin böyümə gücü yüksəkdir (218,6 sm). Zoğları yaxşı (78-88%) yetişir. Sort Abşeron şəraitində oidium və boz çürümə xəstəliyinə qarşı davamsızlıq (4 bal) nümayiş etdirir. Çiçəkləri orta səviyyədə və çox (46,5-78,2%) tökülür. Salxımlarında noxudlaşmış gilələr azlıq təşkil edir.

İstinadlar

  1. "Pənahov T.M., Səlimov V.S., Zari Ə.M. «Azərbaycanda üzümçülük». Bakı: «Müəllim» nəşriyyatı, 2010. 224 s" (PDF). 2022-03-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-10-21.

Həmçinin bax