Xüsusi təyinatlı yağlar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Xüsusi təyinatlı yağlar qrupuna — tətbiqi sahəsi dar olan və spesifik şəraitdə istifadə edilən neft və sintetik aşqarlı yağlar daxildir. Bu qrupa vakuum, konservasiya və s. yağlar aiddir

Vakuum yağları

Vakuum yağları- vakuum yaradan avadanlıqlarda işlək maddə kimi istifadə olunur. Təyinatından asılı olaraq BM-3, BM-4, BM-5, BM-11yağları istehsal olunur.

Konservasiya yağları

Konservasiya yağları (KM) – mineral və sintetik yağlar əsaslı, tərkibində əhəmiyyətli dərəcədə çox korroziya inhibitorları olan, korroziya əleyhinə olan müvəqqəti müdafiə vasitələridir. Konservasiya yağları: K-17, НГ-203Р, Kormin və s.

Tətbiq sahəsi

Metal məmulatlarının müxtəlif şəraitdə saxlanılması və yaxud nəqli zamanı onların daxildən və xaricdən konservasiyası üçün istifadə olunur. (İstismar üçün tətbiq olunmur.)

Tekstil avadalığı üçün yağlar

ekstil avadalığı üçün yağlar (рус.И-Л-С, И-Л-Д) – aşqar kompozisiyalı neft distillat yağlarıdır.

Tətbiq sahəsi

Tikiş və toxuma maşın alətləri, trikotaj avtomatlarında və s. sürtkü yağı kimi istifadə olunur.

Yarımsintetik məişət yağları

Yarımsintetik məişət yağları (рус. МБТ) – neft mənşəli sürtkü yağı ilə efir komponenti qarışığından və aşqar kompozisiyasından ibarət olan yağlardır.

Tətbiqi sahəsi

Yağlayıcı vasitə kimi — səsyazma və səsləndirmə avadanlıqlarında, ventilyatorlarda, aktivator və s. tətbiq olunur.

Vaksina yağları

Vaksina yağları– Qərbi-Sibir neftlərinin qazoyl fraksiyalarının dərin hidrogenləşməsi, rektifikasiyası və təmizlənməsi yolu ilə alınan yüksək dərəcədə təmizlənmiş yağlardır.

Tətbiq sahəsi

Virus və bakteriyaya qarşı emulsiya tipli biopreparatların tərkibində komponent kimi istifadə olunur.

Defektoskopiya üçün yağ

Defektoskopiya üçün yağ – neft fraksiyasının dərin hidrogenləşdirmə və təmizlənməsi nəticəsində alınan məhsuldur.

Tətbiq sahəsi

Detalların defektoskopiyasında istifadə olunan maqnit-luminisens suspenziyasının hazırlanmasında tətbiq olunur.

Mənbə

  1. В. М. Капустин, Б.П. Тонконогов, И.Г.Фукс. "Технология переработки нефти".Часть 3. Производство нефтяных смазочных материалов. Изд."Химия"2014. С.94–95.