Xüsusi təyinatlı yağlar

Xüsusi təyinatlı yağlar qrupuna - tətbiqi sahəsi dar olan və spesifik şəraitdə istifadə edilən neft və sintetik aşqarlı yağlar daxildir. Bu qrupa vakuum, konservasiya və s. yağlar aiddir

Vakuum yağları[redaktə | mənbəni redaktə et]

Vakuum yağları- vakuum yaradan avadanlıqlarda işlək maddə kimi istifadə olunur. Təyinatından asılı olaraq BM-3, BM-4, BM-5, BM-11yağları istehsal olunur.

Konservasiya yağları[redaktə | mənbəni redaktə et]

Konservasiya yağları (KM) – mineral və sintetik yağlar əsaslı, tərkibində əhəmiyyətli dərəcədə çox korroziya inhibitorları olan, korroziya əleyhinə olan müvəqqəti müdafiə vasitələridir. Konservasiya yağları: K-17, НГ-203Р, Kormin və s.

Tətbiq sahəsi[redaktə | mənbəni redaktə et]

Metal məmulatlarının müxtəlif şəraitdə saxlanılması və yaxud nəqli zamanı onların daxildən və xaricdən konservasiyası üçün istifadə olunur. (İstismar üçün tətbiq olunmur.)

Tekstil avadalığı üçün yağlar[redaktə | mənbəni redaktə et]

ekstil avadalığı üçün yağlar (рус.И-Л-С, И-Л-Д) – aşqar kompozisiyalı neft distillat yağlarıdır.

Tətbiq sahəsi[redaktə | mənbəni redaktə et]

Tikiş və toxuma maşın alətləri, trikotaj avtomatlarında və s. sürtkü yağı kimi istifadə olunur.

Yarımsintetik məişət yağları[redaktə | mənbəni redaktə et]

Yarımsintetik məişət yağları (рус. МБТ) – neft mənşəli sürtkü yağı ilə efir komponenti qarışığından və aşqar kompozisiyasından ibarət olan yağlardır.

Tətbiqi sahəsi[redaktə | mənbəni redaktə et]

Yağlayıcı vasitə kimi - səsyazma və səsləndirmə avadanlıqlarında, ventilyatorlarda, aktivator və s. tətbiq olunur.

Vaksina yağları[redaktə | mənbəni redaktə et]

Vaksina yağları– Qərbi-Sibir neftlərinin qazoyl fraksiyalarının dərin hidrogenləşməsi, rektifikasiyası və təmizlənməsi yolu ilə alınan yüksək dərəcədə təmizlənmiş yağlardır.

Tətbiq sahəsi[redaktə | mənbəni redaktə et]

Virus və bakteriyaya qarşı emulsiya tipli biopreparatların tərkibində komponent kimi istifadə olunur.

Defektoskopiya üçün yağ[redaktə | mənbəni redaktə et]

Defektoskopiya üçün yağ – neft fraksiyasının dərin hidrogenləşdirmə və təmizlənməsi nəticəsində alınan məhsuldur.

Tətbiq sahəsi[redaktə | mənbəni redaktə et]

Detalların defektoskopiyasında istifadə olunan maqnit-luminisens suspenziyasının hazırlanmasında tətbiq olunur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. В.М.Капустин, Б.П.Тонконогов, И.Г.Фукс. «Технология переработки нефти».Часть 3. Производство нефтяных смазочных материалов. Изд.»Химия»2014.С.94-95.