Xəzər osmundeyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xəzər osmundeyası
Elmi təsnifat
Şöbə:
Yarımşöbə:
Yarımsinif:
Dəstə:
Fəsilə:
Növ:
Xəzər osmundeyası
Beynəlxalq elmi adı
  • Osmundea caspica

Osmundea caspica (lat. Osmundea caspica) — rhodophyta şöbəsinin florideophyceae sinfinin ceramiales dəstəsinin rhodomelaceae fəsiləsinin osmundea cinsinə aid yosun növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.

Qısa morfoloji təsviri

Tallom 4-12 sm hündürlüyündədir, silindrik, bir qədər girintili-çıxıntılı, nahamr səthli, az və ya çox şaxələnmişdir. Əsas budaqlar uzun, seyrək və ya əhəmiyyətli dərəcədə çoxdur, arabir və ya sıx, bir qədər qısa, sadə və ya şaxələnmiş budaqlarla örtülmüşdür. Tallom bitmə dərinliyindən asılı olaraq şaxələnmə dərəcəsinə və qalınlığına görə fərqlənir: dərin sularda olan formalar uzun və nazikdir, sahilə yaxın formalar isə kiçik, qalın kobuddur. Köndələn kəsikdə qabıq qatı çox da böyük olmayan, demək olar ki, kvadrat və ya düzbucaqlı, sıx birləşmiş hüceyrələrdən ibarətdir. Tallomun mərkəzindəki hüceyrələr uzununa kəsikdə tallomun uzunluğunda çox dartılmışdır, çox uzun silindrləri xatırladır. Lentikulyar qalınlaşmalar yoxdur. Tetrasporangilər kiçikdir, azacıq şişkinləşən və demək olar ki, silindrik formanı saxlayan, qısa budaqların başında əmələ gəlir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Xəzərdə daşlı substratlarda 0-11 m dərinlikdə yayılmışdır, bəzən yapışmamış yığınlar əmələ gətirir. Tək-tək fərdlər kimi rast gəlinir, kolluq əmələ gətirir.

Yayılması

Abşeron yarımadasının sahilinə yaxın yerlərdə rast gəlinir.

Sayı və tendensiyası

Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını yaradır.

Məhdudlaşdırıcı amillər

Əsasən çirklənmədir; neftlə çirklənmə növün fərdlərinin sayının azalmasına güclü təsir göstərir.

Mühafizə tədbirləri

Populyasiyanın nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.

İstinadlar

Həmçinin bax