Xaləddin İbrahimli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xaləddin İbrahimli
Doğum tarixi 5 sentyabr 1958(1958-09-05) (65 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti tarixçi
Elmi dərəcəsi
Partiyası

Xaləddin Cəlal oğlu İbrahimli (5 sentyabr 1958, Dmanisi) — tarix elmləri doktoru, siyasətçi.

Həyatı

1958-ci il sent­yabrın 5-də qədim Borçalı mahalının Başkeçid (in­diki Gür­­cüstanın Dma­nisi) rayo­nundakı Gəyliyən kən­­dində anadan olub.

1974-1978-ci il­lərdə Azərbaycan Dövlət Pedaqoji İns­titu­tunun tarix fakültəsində təhsil alıb.

X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliy­yətdədir. 1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir.

1992-1993-cü illərdə "Yeni Müsavat" qəze­tinin redaktoru olmuşdur. 1997-ci ildə "Sabah" qəzetinin ye­ni­dən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş re­daktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jur­na­lının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur. Bu jurnal Qaf­qazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jur­nalın 8 Qaf­qaz cümhuriyyətində redaksi­yaları qurul­muş­dur.

Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti – 1997, Doktorluq dissertasiyası: Azərbaycan Siyasi Mühacirəti (1920–1991) Pedaqoji elmlər namizədi, 1991, ADPU Namizədlik dissertasiyası: Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları

Siyasi fəaliyyəti

Xaləddin İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranma­sın­da yaxından iştirak etmiş, bu birliyin fəallarından ol­muşdur. "Bor­çalı" cəmiyyətinin yaradıcılarından biri olmuş­dur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Mü­savat Partiyasının bərpasına qoşulub, təşkilatın Azər­baycan­da bər­paçılarındandır.

1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tə­na­süd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıra­la­rı­na daxil olmuş, AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkə­zinin rəhbəri seçilmişdir.[1]

Əsərləri

Dərs və tədris-metodiki vəsaitlər

  1. Politologiya (interaktiv dərs materialları) Bakı, Qanun Nəşriyyatı, 2008; 2012, 225 s.
  2. Politologiya (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib, 34 səh.
  3. Beynəlxalq münasibətlər nəzəriyyəsi(tədris proqramı və metodikası)). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib. 34 səh.

Kitabları

  1. Azərbaycan Siyasi Mühacirəti (1918 – 1991). Bakı, Elm, 1996. 304 səh.
  2. Yeni Avrasiya Qafqazı. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh.
  3. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 səh.
  4. Азербайджанцы Грузи. Москва, Издателства Европа, 2006, 151 str. 260
  5. Azərbaycan Mühacirəti Tarixi. Bakı, 2012, 400 səh.
  • Müştərək müəlliflərlə çap olunan kitablari
  1. Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, "Прогресс-Традиция"-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Heinkele ilə birgə)
  2. Borçalı: dünən, bu gün, sabah. Bakı, Adiloğlu, 2010. səh., 98. (Gültəkin Hacıbəyli, Kamran Ramazanlı ilə birgə)

İstinadlar

  1. "Xaləddin İbrahimli". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.