Tarixçi

Herodot (ə.ə.484-e.ə 425-ci illər), "tarixin atası" adlandırılır. Eramızdan əvvəl V əsrdə yaşamış bir Yunan tarixçisidir və əsəri müasir dövrə gəlib çatmış ilk tarixçilərdən biridir.

Tarixçitarix üzrə mütəxəssis, tarix elmi ilə məşğul olan alim, tarixşünas.[1] Tarixçilər insan nəsli ilə əlaqəli olaraq keçmiş hadisələrin davamlı, metodik izahı və araşdırılması ilə maraqlanır; həm də bütün tarixin dövrlərini öyrənir.[2] Əgər şəxs yazılı tarixdən əvvəlki hadisələrlə maraqlanırsa, onda o, ibtidai icma quruluşu dövrünün tədqiqatçısıdır.[3] Bəzi tarixçilər nəşrləri və ya təcrübə ilə tanınırlar. "Tarixçi" XIX əsrin sonlarında Almaniyada və başqa yerlərdə tədqiqat universitetləri yaranan zaman peşəkar bir peşəyə çevrildi.

Devid İrvinq 2003-cü ildə.

İrvinq Penqvin Buks və Lipştadta qarşı məhkəməsi zamanı məhkəmənin kimin "obyektiv tarixçi" olmasını müəyyənləşdirməli olduğu bəlli oldu. Bu da İngilis qanunlarında ənənəvi olaraq istifadə edilən "insan Klepxem omnibus"u deyil deyə şüurlu insan standarı ilə eyni məna daşıyırdı.[4] Bu, obyektiv bir tarixçinin David İrvinqin tətbiq etdiyi qeyri legitim metodlara qarşı əks mövqe qoymaq üçün hüquqi bir müstəvinin olması üçün lazım idi, çünki İrvinq-Pinqvinlər və Lipştadt məhkəməsindən əvvəl obyektiv tarixçi meyarını müəyyənləşdirmək üçün heç bir hüquqi presedent yox idi.[4] Məhkəmədə hakim Çarlz Qrey böyük ölçüdə şahid-ekspert tarixçi Riçard Con Evansın tədqiqatlarına güvənirdi. Evans Holokost inkarçıları tərəfindən tarixi mənbələrin səhv təqdimatı praktikasını müəyyən olunmuş tarixi metodoloji üsullarla müqayisə etmişdir.

Şneyder “obyektiv tarixçi” konsepsiyasından istifadə edərək, tarixçinin ABŞ-dəki Daubert standartına uyğun olaraq ekspert şahid kimi uyğun olmasını qiymətləndirməyə kömək edə biləcəyini düşünür. Vendi E. Şneyder Qreyin qərarını ümumiləşdirərək "Yale Law Journal"dakı bir məqaləsində onun obyektiv tarixçi deməklə əsaslandığı yeddi məqamı vurğulayır:[5]

  1. Tarixçi mənbələrə müvafiq qeyd-şərtlərlə yanaşmalıdır;
  2. Tarixçi elmi dəlil olmadan əks dəlilləri rədd etməməlidir;
  3. Tarixçi dəlillərlə münasibətdə qərəzsiz olmalı və saxtakarlıq etməməlidir;
  4. Tarixçi hər hansı bir fərziyyəyə qarşı dəqiq olmalıdır;
  5. Tarixçi sənədləri səhv tərcümə etməməli və sənədlərin bəzi hissələrini buraxaraq səhv yönləndirməməlidir;
  6. Tarixçi bütün hesabatların həqiqiliyini ölçməlidir, sadəcə onun üstünlük verdiyi fikirlərlə ziddiyyət təşkil edənlər yox;
  7. Tarixçi tarixi şəxsiyyətlərin motivlərini nəzərə almalıdır.

Şneyder “obyektiv tarixçi” konsepsiyasından istifadə edərək, bir tarixçinin ABŞ-dəki Daubert standartına uyğun olaraq ekspert şahid kimi uyğun olmasını qiymətləndirməyə kömək edə biləcəyini düşünür. Şneyder onu bunu ona görə təklif etdi ki, onun fikrincə, məhkəmə "tarixçilərdən çox kömək" almasaydı, İrvinqi Daubertin standart sınaqlarından keçirə bilərdi.[6]

Şneyder bir tarixçini "obyektiv tarixçi" meyarlarına uyğun sınaqdan keçirərkən, hətta tarixçinin müəyyən siyasi baxışlara sahib olmasına baxmayaraq, (və o, yüksək səviyyəli bir tarixçinin ABŞ məhkəməsi tərəfindən feminist qrupunun üzvü olduğu üçün verdiyi şahid ifadəsinin nəzərə alınmadığını nümunə gətirir) əgər tarixçi "obyektiv tarixçi" standartlarını istifadə edərsə, "vicdanlı bir tarixçidir" deyə nəzərə almağı təklif edir. İrvinqin "obyektiv tarixçi" kimi uğursuzluğu və onun məhkəmədə böhtan atma iddiasının uduzmasına sağçı baxışları səbəb olmadı. Çünki "vicdanlı bir tarixçi" öz siyasi baxışlarını əsas tutaraq "tarixi sübutları bilərəkdən təhrif edib manipulyasiya etməz".[7]

Tarixi analiz prosesi, özündə "nə oldu" və "niyə və necə baş verdiyini" izah edən tutarlı hekayələr yaratmaq üçün rəqabət edən fikirlərin, faktların və mülahizəli faktların araşdırılması və təhlilini əhatə edir. Müasir tarixi analiz ümumiyyətlə iqtisadiyyat, sosiologiya, politologiya, psixologiya, antropologiya, fəlsəfədilçilik kimi digər sosial elmlərdən istifadə edir. Qədim səlnaməçilərin yazdığı müasir tarixi baxışlarla üst-üstə düşməsə də, onların əsərləri dövrün mədəni kontekstindəki fikirlər ilə dəyərli olaraq qalır.

Bir çox müasir dövr tarixçisinin gördüyü işlərin əhəmiyyətli bir hissəsi, yeni tapılmış mənbələrin və son tədqiqatların araşdırılması və ya arxeologiya kimi paralel fənlər vasitəsilə əvvəlki tarixi məlumatların yoxlanılması və ya təkzib edilməsidir.

Tarixşünaslıq

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Tarixşünaslıq
Fukididin "Peloponnes müharibəsi tarixi"nin X əsr nüsxəsinin bir hissəsinin sürəti

Keçmişi anlamaq ümumbəşəri bir insan ehtiyacına bənzəyir və tarixin izahı dünyanın sivilizasiyalarında müstəqil olaraq ortaya çıxmışdır. Tarix nədir fəlsəfi bir sualdır (bax: tarix fəlsəfəsinə). Ən erkən xronologiyalar MesopotamiyaQədim Misirə aiddir, baxmayaraq ki, bu ilk sivilizasiyalarda heç bir tarixi yazıçı adla tanınmır. Sistemli tarixi düşüncə Antik Yunanıstanda meydana gəlmiş və bu Aralıq dənizi bölgəsinin digər yerlərində tarixin yazılmasına əhəmiyyətli təsir göstərən bir inkişaf olmuşdur. Ən erkən bilinən tənqidi tarixi əsərlər sonradan "tarixin atası" (Siseron) olaraq bilinən Halikarnasslı Herodotun (e.ə.484 - 425-ci illər) tərtib etdiyi "Tarix"lərdir. Herodot daha çox və daha az etibarlı mənbələri ayırmağa çalışdı və çoxlu səyahət edərək müxtəlif Aralıq dənizi mədəniyyətlərindən yazılı məlumatlar verərək şəxsən araşdırmalar aparmışdı. Herodot ümumiyyətlə insanların hərəkətləri və xarakterləri üzərində dayanmasına baxmayaraq, tarixi hadisələrin müəyyənləşdirilməsində tanrıya mühüm rol da ayırmışdır. Fukidid Afina ilə Sparta arasındakı müharibəni təsvir edərkən ilahi səbəbləri böyük ölçüdə aradan qaldıraraq sonrakı Qərb tarixi səlnamələr üçün bir nümunə yaradan rasionalist bir element yaratdı. O, eyni zamanda hadisənin səbəbini və dərhal mənşəyini ayıran ilk şəxsdir, eyni zamanda isə xələfi Ksenofon (e.ə. 431-355) öz "Anabasisi"nə avtobioqrafik elementlər və obrazların tədqiqatlarını daxil etmişdir.

Romalılar yunan ənənəsini qəbul etdilər.

Leonardo Bruni (1370-1444). Tarixi ilk dəfə Qədim, Orta əsrlər və Müasir zamanın üç dövrünə bölən tarixçi.

Erkən Roma tarixçiləri hələ də yunan dilində yazdığı zaman, Roma dövlət xadimi Mark Porsi Katon (e.ə. 234-149) tərəfindən tərtib edilmiş "Origines", yunan mədəniyyətinin təsirinə qarşı çıxmaq cəhdi olaraq Latın dilində yazılmışdır. Strabon (e.ə. 63 - e.24) yunan-Roma ənənəsinə uyğun coğrafiyanı tarixlə birləşdirərək, dövründə bilinən xalqların və yerlərin təsviri tarixini təmin edən mühüm bir nümayəndəsi idi. Liviy (eramızdan əvvəl 59 - eramızın 17-ci ili) Romanın şəhər-dövlətdən imperiyaya yüksəlməsini qeyd edir. Onun Makedoniyalı İskəndərin Roma üzərinə yürüş etməsi halında nə olacağı barədə təklifi alternativ tarixin məlum ilk nümunəsidir.[8]

Çin Tarixşünaslığında "Tarixin Klassiki", çin klassiklərinin beş klassikindən biridir və Çin tarixinə aid ilk hekayələrdən biridir. Eramızdan əvvəl 722-ci və 481-ci illəri əhatə edən Lu dövlətinin rəsmi salnaməsi olan "Bahar və Payız Salnaməsi", annallar prinsiplərinə əsaslanan ən qədim Çin tarixi mətnlərindən biridir. Sıma Syan Sarı İmperatordan Xan Vudiyə 2000 illik Çin tarixinin ümumi baxışını verən Shiji (史记) adlı çox məşhur əsərindən ötəri Çin tarix yazımının atası olaraq sayılar. Onu tanıdan bu əsəri, daha sonrakı Çin tarix yazımına təməl atmışdı. Əsərin həcmi genişdir. O eramızdan əvvəl XVI əsrdə başlayır və görkəmli şəxslərin konkret mövzularında və fərdi bioqrafiyalarında bir çox risaləni özündə cəmləşdirir, eyni zamanda həm müasir, həm də əvvəlki dövrlərdə adi insanların həyat və əməllərini araşdırır.[9]

Bedenin "İngilis xalqının Kilsə Tarixi"nin bir səhifəsi

Xristian tarixşünaslığı həvari dövrün əsas mənbəyi olan Lukanın İncili kimi erkən vaxtlardan başlamışdır. Tarixi yazmaq orta əsrlərdə xristian rahibləri və ruhanilər arasında populyar idi. Onlar İsa Məsihin, Kilsənin, hamilərinin və yerli hökmdarların sülalə tarixindən yazırdılar.

  1. Azərbaycan dilinin izahlı lüğəti. IV cild. Bakı, 2006
  2. "Historian". Wordnetweb.princeton.edu. September 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2008.
  3. Herman, A. M. (1998). Occupational outlook handbook: 1998-99 edition. Indianapolis: JIST Works. Page 525.
  4. 1 2 Schneider, 2001. səh. 1531
  5. Schneider, 2001. səh. 1534, 1535
  6. Schneider, 2001. səh. 1534, 1538
  7. Schneider, 2001. səh. 15333, 1539
  8. "Livy's History of Rome: Book 9". Mcadams.posc.mu.edu. 2007-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-28.
  9. Jörn Rüsen. Time and History: The Variety of Cultures. Berghahn Books. 2007. 54–55. ISBN 978-1-84545-349-7. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]